sehiyye.info

Qıcolmanın əlamətləri və ilkin tibbi yardım üsulları

Qıcolmanın əlamətləri və ilkin tibbi yardım üsulları
Qıcolma orqanizmdə sərbəst xəstəlik kimi deyil, hansısa bir xəstəliyin əlaməti kimi təzahür edir. Adətən qıcolmalar əsəb sisteminin xəstəlikləri zamanı - epilepsiya, spazmofiliya, nevroz və psixozlar zamanı baş verir.

Sehiyye.info xəbər verir ki, həkim-nevroloq Leyla Şahbazova qıcolmanın əlamətləri barədə deyib: “Xəstə huşunu itirir, buna əzələlərin qəfildən və kəskin spazması, beyində qıcıqlanmanın artması səbəb olur. Qıcolmanın ilkin əlamətləri xəstənin rənginin avazıması, dodaqlarının ətrafının göyərməsi, üzün gərilməsi və mimiki əzələlərin dartılmasıdır. Baş geriyə doğru qatlanır və huş itir”.

Onun dediyinə görə, qıcolma tutması zamanı xəstənin ağzını açmaq üçün qaşıq salmaq və yaxud taxta salıb dili çölə çıxarmaq olmaz: “Qıcolmadan əziyyət çəkən şəxs böyrü üstə yatırılmalı, başının altına yumşaq əşya qoyulmalı və çırpınarkən özünə zərər verməməsi üçün ətrafı təmizlənməlidir. Qıcolma tutmasının keçməsini gözləmək lazımdır. Xəstənin üzərinə su tökmək və digər oyandırıcı hərəkətlər etməyə çalışmaq tamamilə yanlışdır. Bir-iki dəqiqə ərzində qıcolma tutması keçmirsə, təcili yardıma müraciət olunmalıdır”./\azertac



REKLAM