sehiyye.info

19 yaşlı qız xaş yedi, qıcolma tutdu

19 yaşlı qız xaş yedi, qıcolma tutdu
Ağdaş rayonunda xaş yeyən 19 yaşlı qızı qıcolma tutub.

Rayonun Yuxarı kənd sakini, 2001-ci il təvəllüdlü Aygün Səmədovanın gecə saat 23 radələrində evdə xaş yedikdən sonra anidən səhhəti pisləşib.

O, həmin vaxt xəstəxanaya aparılıb, ona ilkin olaraq menengit diaqnozu qoyulub. Bu istiqamətdə müalicə olunsa da vəziyyəti yaxşılaşmayıb. Fevralın 17-i səhər saatlarında valideynləri qızın dərman içərək zəhərlənə biləcəyini deyiblər.

Bundan sonra A.Səmədovanın mədəsi yuyulsa da, vəziyyəti ağır olaraq qalır. O, müalicəsi davam etdirilməsi üçün Bakıya xəstəxanaya gətirilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.qafqazinfo.az



REKLAM