sehiyye.info

“Pfizer” peyvəndi vurulan həkimi qıcolma tutdu - SƏBƏB

“Pfizer” peyvəndi vurulan həkimi qıcolma tutdu - SƏBƏB
Meksikada “Pfizer” peyvəndi vurulan 32 yaşlı həkim, qıcolma, nəfəs darlığı və beyin iltihabı ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Sehiyye/info RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Həkimin səhhəti peyvənd vurulduqdan yarım saat sonra pisləşib. Hazırda peyvəndin doğurduğu reaksiyanın hadisənin səbəbləri araşdırılır. İlkin diaqnoz kimi ensefalomiyelit (onurğa beyində və ya beyində iltihab) göstərilir.

Xəstənin vəziyyətinin stabil olduğu bildirilib. Qeyd edək ki, sözügedən həkimin əvvəllər də bir sıra dərmanlara qarşı allergik reaksiyaları olub.//APA



REKLAM