sehiyye.info

Epilepsiya psixi xəstəlikdirmi? - Yaranma səbəbləri

Epilepsiya psixi xəstəlikdirmi? - Yaranma səbəbləri
Tibbi ensiklopediyanın məlumatına görə bu xəstəliyin baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır. Amma heç də psixi xəstəlik deyildir. İnsan çox əsəbləşəndə, tez-tez spirtli içkilər qəbul edəndə, hətta çoxlu dərman qəbul edəndə də epilepsiya tipli tutmalar təhlükəsi meydana çıxır.
Sehiyye.info xəbbər verir ki, epilepsiya - əsas əlaməti təkrarlanan və adətən provokasiya olunmayan (refleks epilepsiyalar istisna olmaqla) epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur.
Epilepsiya tutması - baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin pozulması, anomal sensor və psixi hissiyyatlar, hərəki (motor) pozuntular, yayılmış tutmalar müşahidə olunur.
Yüngül hallarda xəstə ətraf mühitlə əlaqəni itirir, onun yanında olanlar bunu hiss etməyə bilir, xəstənin özü isə keçirdyi hal xatırlamır. /medicina.az
//milli.az



REKLAM