sehiyye.info

Parsial qıcolma haqqında.

Parsial qıcolma haqqında.
Son zamanlar nevroloji xəstəliklərin sayı xeyli artıb.Bu xəstəliklər sırasında Parsial qıcolmalara da rast gəlinir.
Sehiyye.info həkim nevropatoloq Ellada Qurbanovanın bu xəstəlik barədə fikirlərini sizə təqdim edir:
-Sadə Parsial Qıcolmalar müxtəlif variantda baş verə bilər. Adətən sadə parsial qıcolmalar ətrafdakılara görünən komponentdən (məs., yuxarı və ya aşağı ətrafın qəfl hərəkətindən) və yalnız xəstənin hiss etdiyi komponentdən (məs., epiqastrik diskomfort, qorxu, pis qoxu hissiyatı) ibarət olur. Bu cür subyektiv hissiyata aura deyilir. Sadə parsial qıcolmalar (SPQ) kompleks parsial qıcolmalarla əvəzlənə bilər və bu halda xəstədə huşun dumanlanması, baxışın bir nöqtəyə fiksə edilməsi, həmçinin udma, çeynəmə və ya dodaqların yalanması kimi təkrarlanan motor hərəkətlər (avtomatizmlər) müşahidə edilir. Kompleks parsial qıcolmalardan (KPQ) sonra xəstələr bir çox hallarda keyləşmə, halsızlıq və döyüntü kimi baş ağrısından şikayətlənir. Tutma zamanı baş verənlər xəstələrin yadında qalmır və buna görə də qıcolma haqda xəstələrə məlumat verdikdə, xəstələr buna inanmaqda çətinlik çəkir. Faktiki olaraq isə xəstələrin bir çoxunda keçirdikləri qıcolmaların əksəriyyətinə dair məlumatsızlıq olur.
Generalizə olunmuş qıcolmalar. Generalizə olunmuş qıcolmalarda elektroensefaloqrafik və kliniki dəyişikliklərin təhlili göstərir ki, bu tip qıcolmalarda beyin yarımkürəciklərinin ikisi də prosesə cəlb olunmuş olur. Demək olar ki, qısa müddətli mioklonik qıcolmalar istisna olmaqla, bütün digər qıcolma hallarında xəstələrdə huşun pozulması müşahidə edilir. Generalizə olunmuş qıcolmalara tonik-klonik tutmalar (qrand-mal), absans tutmalar (petit mal) və mioklonik qıcolmalar daxil edilir.
Belə xəstələr mütəmadi olaraq həkim nəzarəti altında olmalı və müxtəlif müalicə kursları almalıdır.
Ümumiyyətlə epilepsiya diaqnozu qoyulmuş xəstələrin 50%-i ilk antiepileptik dərmanın qəbulu ilə tam qıcolmadan azad olunmuş olur. AET üçün müvafiq preparatın seçimində onun effektivliyi ilə yanaşı malik olduğu yan təsirləri də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dərmanın effektivliyi ilə yanaşı onun xəstə tərəfindən fasiləsiz qəbulunun təmin edilməsi məhz yan təsirlərinin xəstəyə təsirindən və xəstənin bu təsirlərə tolerantlığından asılıdır. Müalicənin aparılması üçün AET-nin seçimi hər bir xəstənin ehtiyaclarına uyğun aparılmalı və müəyyən meyarlar nəzərə alınmalıdır.



REKLAM