Əzələ qıcolmaları və spazmların əsas səbəbləri (FOTO)
)Tez-tez rast gəlinən xoşagəlməz hallardan biri də əzələ qıcolmalarıdır. Qıcolma (əzələ spazmı) əzələlərin qeyri-iradi ağrılı yığılmasıdır.
Əzələ qıcolmasının əsas əlamətləri. Qıcolmaya məruz qalmış əzələdə kəskin ağrı hissiyyatı adətən bir neçə dəqiqə davam edir, sonra əzələ gərginliyi keçir, ağrı sakitləşərək sızıldayır. Diskomfort hissi isə bir neçə gün davam edə bilər. Əksər hallarda qıcolmalar baldır əzələlərində baş verir.
Əzələ qıcolmasının səbəbi nə ola bilər?
Yorğunluq, uzunmüddətli fiziki gərginlik, müəyyən əzələ qruplarının aşırı yüklənməsi;
Orqanizmin susuzlaşması;
Əzələ və bağ zədələri;
Aşağı temperaturun təsirindən qan damarlarının daralması;
Qan damarlarının müxtəlif xəstəliklər və emosional gərginlik fonunda spazmı;
Orqanizmdə maqnezium çatışmazlığı.
Qıcolmanın sonuncu göstərilən səbəbi əhali arasında daha geniş yayılmışdır.
Baldır əzələsi gərilərkən spazm zamanı nə etməli?
Ən əsası əzələni sakitləşmək lazımdır. Gərgin əzələni əvvəl möhkəm dartmaq, sonra isə ovxalamaq lazımdır. Fiziki yərəkətlərdən öncə bütün əzələ qruplarını isitmək üçün isinmə hərəkətlərini yerinə yetirmək. Əzələləri aşırı soyumaqdan qorunmaq lazımdır. Susuzluğun qarşısını almaq üçün lazımi qədər maye qəbul etmək tövsiyə olunur. Qida rasionunda mütləq maqneziumla zəngin məhsullar olmalıdır. Lazım gələrsə maqnezium tərkibli vitamin və minerallardan ibarət olan bioloji aktiv qida əlavələrini qəbul etmək lazımdır. Maqnezium orqanizmdə əzələ boşalmasını təmin edir. Onun çatışmazlığı zamanı qıcolmaya meyilliklə yanaşı, həmçinin təşviş halları, emosional gərginlik, yuxusuzluq, mədə və bağırsaq spazmları da müşahidə oluna bilər. Qıcolmalar tez-tez baş verməsi həkimə müraciət etmək üçün ciddi səbəbdir.Trend.az