sehiyye.info

Kərə yağı aldılar, “zəhər” çıxdı... - Can "düşmən"i !

Kərə yağı aldılar, “zəhər” çıxdı... - Can "düşmən"i !
“Qeyri-təbii yağların emalı nəticəsində pis qoxu əmələ gəlir”

“Təbii mənşəli yağlardan istifadə etsək belə qoxularla qarşılaşmarıq”


Qida rasionunda vacib yer tutan məhsullardan biri də kərə yağlarıdır. Tərkibi məlum olmayan, saxta yağların insan orqanizmi üçün zərərli olduğu heç kəsə sirr deyil. Çünki keyfiyyətsiz yağlar ürək-damar və xərçəng kimi müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Son zamanlar satışda olan kərə yağlarında xoşagəlməz qoxunun olduğuna dair iddialar səslənir. Bəzi alıcılar bildirir ki, yağdan istifadə zamanı yaranan dözülməz qoxu saatlarla qalır. Məlumdur ki, əksər kərə yağının tərkibində qatqılar var. Görünür, bu qatqılar pis qoxularla yanaşı, insan sağlamlığı üçün mənfi təsirlər də yaradır.


Kərə yağı aldılar, “zəhər” çıxdı... - Can "düşmən"i !

Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a bildirib ki, yağ insan orqanizmində enerji mənbəyi qismində çıxış edir.
Ekspert qeyd edib ki, bir qram yağ maddələr mübadiləsi metabolizmində 37.7 kq kalori enerji ayırır:

“Ona görə də yağlar insan orqanizmində böyük əhəmiyyət kəsb edir. Yağda həll olan çox vacib vitaminlər var. Bu vitaminlər yağlar vasitəsilə orqanizmi təmin edir.
Yağ turşuları-lipitlər var: neytral lipitlər, qliko lipitlər və fosfor lipitlər. Yağ turşuları bilavasitə yağlarla insan orqanizinə daxil olur. Orqanizmdə maddələr mübadiləsi metabolizmində vacib əhəmiyyət kəsb edir”.

Yağın kəskin qoxu verməsinə gəlincə ekspert vurğulayıb ki, bu hal yağın anormal olduğunu göstərir:

“Normalda yağ pis qoxu vermir. 10-15 il öncə “Azərsun” un yağ emalı zavodu var idi. Oradan keçəndə həqiqətən də pis qoxu gəlirdi. Bu qoxu hətta ekologiyanı korlayırdı. Düşünürəm ki, qeyri-təbii yağların emalı nəticəsində pis qoxu əmələ gəlir. Təbii mənşəli yağlardan istifadə etsək belə qoxularla qarşılaşmarıq”.



REKLAM