sehiyye.info

Ölkənin düşdüyü qida təhlükəsizliyi bataqlığı və yaxud AQTA niyə yarandı? - Araşdırma

Ölkənin düşdüyü qida təhlükəsizliyi bataqlığı və yaxud AQTA niyə yarandı? - Araşdırma
Bizi hər gün zəhərləməklə milyonlar qazanılır. Və buna da adi biznes kimi baxırlar…


Elçin Bayramov: “Azərbaycan xalqının ən böyük düşməni demək olar ki, marketlərdə satılan yağlardır”.

Eyyub Hüseynov: “Azərbaycanda yağ bazarı həddən artıq çirklənib. Bitki yağlarında da problemlər var”

Azərbaycanda dövlət xəstəxanalarında və özəl klinikalarda hər qapının qarşısında növbə olduğunu hamımız bilirik. Bəs həmin insanların həm sağlamlığına, həm də ailə büdcəsinə ziyan vuran səbəb nədir? Bizim insanlarımızı başda xərçəng xəstəliyi olmaqla onlarla sağalmaz azarlara mübtəla edən nədir, ya da kimlərdir?

Əsas səbəblərdən biri təbii ki, qidalanmadır… Orqanizmimizdə fəsadlar yaradan kimyəvi maddələr, hətta zəhərlər məhz hər gün istifadə etdiyimiz ərzaq məhsulları vasitəsi ilə bədənimizə keçir. Deyəcəksiniz ki, bu baradə çox yazılıb, çox deyilib. Elədir. Amma daha çox yazmaq, daha çox demək lazımdır. Başqa yol da yoxdur. Çünki bizi hər gün zəhərləməklə milyonlar qazanılır. Və buna da adi biznes kimi baxırlar…

Amma artıq baş verənlərə “dur” deməyin zamanı çatıb və bu, artıq milli təhlükəsizlik məsələsinə çevrilib.

Həkimlər durmadan, səhər-axşam düzgün qidalanmadan danışırlar. Amma bizim insanımızın düzgün qidalanma imkanı varmı?.. Bu sual havadan asılı qalıb…

AQTA niyə yarandı?



Təbii ki, bizim qidalardan zəhərlənməyimizin qarşısını almaq üçün… Amma aradan iki ilə yaxın zaman keçdikdən sonra bunu deyə bilərikmi? Deyə bilmirik. Çünki dəyişən heç nə yoxdur. Dəyilməsi də imkansız görünür. Çünki hər şey ortadadır…

Bizim sağlamlığımızın bir nömrəli düşməni – Yağlar

İnsanın qidalanma prossesində əsas vaz keçilməz ərzaq məhsullarının başında yağ məhsulları gəlir və yağsız qidalanma ümumiyyətlə təsəvvür olunmur.

Yağlar qida məhsullarının içində birinci növbədə diqqət yetirilməli olan məhsullardandır. Artıq 10 ildən çoxdur ki, ölkəyə gətirilən yağlarda, xüsusən də kərə yağlarında qatqıların olmasından danışılır və yazılır. Kərə yağı isə Azərbaycan mətbəxinin əsas rasionlarından biridir. Xolestrinlə zəngin bu qidanın çəki artımına, bəzi xəstəliklərin inkişafına səbəb olduğu məlum olsa da, əksəriyyət bundan imtina edə bilmir.

Ölkənin düşdüyü qida təhlükəsizliyi bataqlığı və yaxud AQTA niyə yarandı? - Araşdırma

Bu, hələ normal kərə yağında belədir. Bəs standartlardan kənar yağlarla vəziyyət necədir?..

Rəsmi statistika nə deyir?

Məlumat üçün bildirək ki, Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 70 min tondur. Rəsmi məlumatlara görə, bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Yəni faktiki olaraq rəsmi statistikaya əsasən hər il ölkədə təqribən 50 min ton kərə yağı istehsal olunur.

Etiraf etməliyik ki, Azərbaycanın ildə 50 min ton kərə yağı istehsal etmək imkanı yoxdur. Bunun üçün Azərbaycanda 3-4 dəfə artıq süd istehsal olunmalıdır. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarus, Almaniya, Avstraliya və Yeni Zellandiyadan yeyinti yağı idxal olunur.

Ölkəyə xaricdən vaxtı keçmiş yağlar gətirilir və burada yenidən emal olunur

Bəs xaricdən ölkəmizə hansı keyfiyyətdə kərə yağı daxil olur?

Mətbuatda da yayılan məlumatlara görə, satışda olan yağların 90%-dən çoxu Azərbaycanda qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır.

Maraqlıdır ki, istər ölkədə gizli fəaliyyət göstərən sexlərin, istərsə də xaricdən saxta, istifadə müddəti bitmiş ucuz yağ gətirib kərə yağı kimi əhaliyə satan böyük şirkətlərin kərə yağı ilə əhalini zəhərləməsini hamı etiraf etsə də, bunun qarşısını almalı olan orqanlar heç bir tədbir görmür.

Bu yaxınlarda Azərbaycanın məşhur qida istehsalçılarından olan şirkətdə çalışan qida texnoloqu bizimlə söhbətdə etiraf etdi və daha sonra Azərbaycanda satılan yağlardan imkan daxilində heç istifadə etməməyi məsləhət bildi. Həmsöhbətimiz bildirdi ki, Azərbaycana xaricdən demək olar ki, kərə yağı gətirilmir. Daha doğrusu gətirilir, amma həmin yağların əksəriyyəti köhnə, istifadə müddəti keçmiş məhsullardır. İddiaya görə, ölkədə satılan yağların çox böyük hissəi xaricdən gətirilərək burada təkrar istehsal olunur. Belə ki, xaricdən gətirilən yağlar bir qayda olaraq istifadə müddəti keçmiş yağlar olur. Ya da palma yağlarından hazırlanmış ucuz yağlar. Həmin yağlar Azərbaycana 200 litrlik bidonlarda gətirilir, burada əridilərək tərkibinə müxtəlif kimyəvi qatqılar vurulur ,qablaşdırılır və satışa çıxarılır. Bu iddianı təsdiq edən istər Gömrük Komitəsində, istərsə də böyük qida şirkətlərində çalışan 10-larla şahid var.

Daxili bazarda kərə yağı adı altında satılan yağlarının böyük əksəriyyəti xaricdə saxlanma müddəti ötmüş yağlardır ki, onlar ölkəyə gətirlidikdən (qeyri- rəsmi məlumatlara görə, “Azərsun”, “Səba” “Sevimli dad” şirkətləri və haqqında heç bir məlumat olmayan “Lüks” firması tərəfindən ölkəyə gətirildiyi bildirilir) sonra bu yağların “separator”da suyu çıxarılır və təkrar paketlənir. Yenidən paketləndiyi zaman isə həmin yağlar brend şirkətlərin markaları ilə qablaşdırılır.



Təkrar emal edilən zaman xarab olmasın deyə, həmin yağların tərkibinə antioksidantlar, qələvilər, su (normalda yağın 12-16 faizi su olmalıdır), duz və yağların sarı rəndə olmaları üçün rəngləyici qatılır. Bu kimyəvi qatışıqlar isə insan orqanizmi üçün ciddi təhlükə törədir. Bir neçə mənbədən əldə etdiyimiz məlumata görə, Azərbaycanda satışda olan Yeni Zellandiya, Almaniya, Fransa, Finlandiya və Rusiya istehsalı kimi təklif olunan yağların böyük əksəriyyəti bu cür təkrar istehsal məhsullarıdır.

Həmçinin, kərə yağı adı altında təklif olunan məhsulların (Belarsudan gətirilən bur neçə yağdan başqa) tərkibinə həm də bitki yağları və heyvan piyləri qatılır. Beləliklə, istehlakçıya təklif olunan kərə yağlarının təmiz süddən hazırlanmadığı, insan orqanizmi üçün zərərli olduğu müəyyən edilib.

AQTA-nın laboratoriyalarında kərə yağları təhlil edilirmi?

Ölkənin düşdüyü qida təhlükəsizliyi bataqlığı və yaxud AQTA niyə yarandı? - Araşdırma

AQTA-nın lobaratoriyalarında çalışan mütəxəssislərdən birinin PİA.az-a bildirdiyinə görə, mütamadi olaraq çoxlu sayda qida məhsullarının tərkibi təhlil olunduğu kimi, AQTA-da kərə yağlarının da təhlili aparılır. Müsahibimiz heç bir zaman bu təhlillərin normalara və beynəlxalq standartlara uyğun olmadığını deyir. “Açığını deyim ki, kimyəvi təhlillərimiz zamanı heç bir yağın tərkibi standartlara uyğun çıxmır”, deyə müsahibimiz bildirir.

Bəs standartlara cavab verməyən yağlarla bağlı hansə tədbirlər görülür?

Bu sualımızı cavablandıran müsahibimiz bildirib ki, onların işi təqdim olunan qida məhsulunu təhlil edib cavablarını rəhbərliyə göndərməkdən ibarətdir. Bundan sonrakı mərhələdə isə qərarları rəhbərlik verir. Bu qəraraın necə verilməsi isə ortadadır...

“Həmin yağlar yenə də satışda qalırmı, yoxsa satışdan çıxarılırmı?”, sualını cavablandıran AQTA mütəxəssisi bildirib ki, o bu günə qədər standarta uyğun olmayan heç bir qida məhsulunun, o cümlədən kərə yağlarının satışdan çıxarılmasının və məhv edilməsinin şahidi olmayıb.

Burada bir haşiyə çıxaraq bildirək ki, Rusiya mətbuatında az qala hər gün Rusiyanın qida təhlükəsizliyinə cavabdeh olan “Rospotrebnadzor” və “Rosselxoznadzor” qurumları standarta cavab verməyən qida məhsullarının ölkəya daxil olmasına qadağa qoyulması, ya da məhv edilməsi ilə bağlı məlumatlar dərc olunur.



AQTA bu günə qədər hansı zərərli məhsulların ölkəyə gətirilməsi ilə bağlı gömrükdə qadağa qoyduğu haqda məlumat yayıbmı? Ya da ölkədə zərərli qida məhsullarının məhv edilməsi ilə bağlı məlumatlar yayılıbmı? Belə məlumatlar ancaq at və eşşək ətləri ilə bağlı yayılıb və digər qida məhsullarının, o cümlədən vaxtı keçmiş kərə yağlarının, o cümlədən digər yağların ölkəyə girişinin qadağan olunması, ya da məhv edilməsi ilə bağlı bu günə qədər AQTA-nı yaydığı heç bir məlumata rast gəlinməyib.

Həmsöhbətimizdən, həmçinin yaxın qonşularımızda qida təhlükəsizlyinin necə qorunmasını soruşduq və aldığımız cavabdan heç də məmnun olmadıq. Yəni o mənada məmnun olmadıq ki, əhalinin qida təhlükəsizliyi ancaq Azərbaycanda heç kimin vecinə deyil. Əsas hədəf odur ki, keyfiyyətsiz və zəhər olsa belə, gündəlik təlabat malları istehsal edib pul qazanmaqdır...

Həmsəöhbətimizin dediyinə görə, Azərbaycandan fərqli olaraq istər Gürcüstanda, istərsə də Ermənistanda qida təhlükəsizliyinə çox həssas yanaşırlar.

İrana gəldikdə isə həmsöhbətimiz qeyd etdi ki, bir vaxtlar İranda qida təhlükəsizliyinə qarşı diqqət yetərincə olmayıb. Lakin İran mətbuatı məsələnin üstünə getdikdən sonra bu məsələ İranda şəffaflaşıb və hazırda elə ciddi problem yoxdur.

Yəni bu regionda qida terroruna məruz qalan təkcə bizim insanlarımızdır və bunu edən də bizim özümüzük. Təbii ki, AQTA-nın bu məsələdə aparıcı rolunu da qeyd etməliyik...

Qatqılı yağlar sağlamlığımıza necə təhlükə yaradır?..
Ölkənin düşdüyü qida təhlükəsizliyi bataqlığı və yaxud AQTA niyə yarandı? - Araşdırma
Ucuz qiymətə, yəni 2-5 manat arasında satılan yağların tərkibinin əsas hissəsi trans yağları, yəni doymamış yağlar, bitki və palma yağlarıdır ki, onlara da xüsusi maddələr qatılaraq kərə yağının dadı və ətiri alınır. Onların tərkibinə kərə yağı əvəzedici kimi tanınan kimyəvi maddələr vururlar ki, bu da sağlamlıq üçün çox təhlükəlidir.



Kərə yağı adı ilə satılan bir çox yağların tərkib məlumatlarında açıqca kərə yağı əvəzedicisindən hazırlandırığı yazılır. Bəzilərinin üzərində qeyd olunur ki, kərə yağınını iştirakı ilə hazırlanıb. Yəni, bu məhsulun tərkibinə bir qədər kərə yağı da qatılıb. Sadəcə adı kərə yağı olduğundan əksər alıcılar, kiçik hərflərlə yazılmış tərkib məlumatları oxumadan bu məhsulu təbii kərə yağı zənn edərək alırlar.

Kərə yağı necə hazırlanır?

Məlumdur ki, 1 kq kərə yağının istehsalı üçün azı 20-22 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün qiyməti isə 1 manatdan, 1, 5 manatdan ucuz deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri üzərinə istehsal, daşınma və satış xərcləri, vergilər, müəssisənin qazancını da əlavə etsək, Azərbaycanda istehsal olunan xalis kərə yağının 1 kq-nın maya dəyəri 35-40 manatdan az ola bilməz. Marketlərdə isə 6 manata da, 19 manata da kərə yağı satılır.

Təkcə bu təkzibedilməz fakt Azərbaycanda ucuz qiymətə satışda olan bütün kərə yağlarının, o cümlədən bitki yağlarının istisnasız olaraq saxta və keyfiyyətsiz olduğunu söyləməyə imkan verir.

Bəzi iddilara görə isə bir sıra şirkətlər xaricdən vaxtı keçmiş kərə yağlarını ölkəyə gətirərək burda təkrar emal edilir və satışa çıxarılır. Bu halın hazırda kütləvi xarakter daşıdığı və Azərbaycan qida sektorunda əsas paya sahib olan bir çox iri şirkətlərin təkrar emalla məşğul olduqları vurğulanır. Bir çox mütəxəssislər hesab edirlər ki, Azərbaycanda istehlak olunan yağların tərkibində insan orqanizmi üçün çoxlu zərərli maddələr var.

Azərbaycanda xarici yağlar adı altında satışa çıxarılan kərə yağları standartlara cavab verirmi və bu yağların tərkibindəki zərərli maddələr insan orqanizmində hansı fəsadlara səbəb olur?

Bu barədə ekspertlər nə düşünürlər?
Ölkənin düşdüyü qida təhlükəsizliyi bataqlığı və yaxud AQTA niyə yarandı? - Araşdırma


Elçin Bayramlı: “Satılan yağların hamısı saxtadır. Bəs ölkə əhalisinin sağlamlıq təhlükəsziliyini kim qoruyur? Xəstəxanalarda insan əlindən yer yoxdur”.

Dünya bazarından kütləvi surətdə yarım texniki yağ olan palma və vaxtı keçmiş yağların ölkəyə gətirildiyini vurğulayan “Altay” Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı bildirib ki, bu yağların yarlığını dəyişmək və yaxud da qabın dəyişmək çox asandır. Bu yağları da rahat şəkildə əhaliyə satıb milyardlarla, milyonlarla pul qazanırlar:

“Biz dəfələrlə mətbuatda, televizorlarda bu mövzu ilə bağlı danışmışıq. Bu problem artıq 10-20 ildir davam edir və getdikcə də kəskinləşir. Bizim idxalçılar xarici ölkələrdən harada keyfiyyətsiz, ucuz, vaxtı keçmiş, tullantı kimyəvi məhsullar var, onları ölkəyə gətirirlər. Çünki ucuz alıb baha satmaq lazımdır və bu yolla da onlar pul qazanırlar. Onları ancaq öz mənafeləri düşündürür. Ölkədə də bu hallara nəzarət edə bilən bir orqan yoxdur. Kağız üzərində belə orqan var, amma faktiki olaraq artıq hamıya məlum olan halların qarşısın ala bilmirlər. Buna görə də əhali tam müdafiəsiz vəziyyətdədir.

Bildiyimiz kimi, qidaların içində ən təhlükəlisi, ən vacibi yağdır. Yağın saxtası əhaliyə daha çox zərər vurur. Doymuş, doymamış yağlar məsələsi var. Doymuş yağlar orqanizmdə həzm olunmur və orqanizmdə xərçəng xəstəliyindən tutmuş çoxsaylı təhlükəli xəstəliklər yaradır. Məsələ belədir ki, bunlar gedib dünya bazarından kütləvi surətdə yarım texniki yağ olan palma və vaxtı keçmiş yağları ölkəyə gətirirlər. Bu yağların yarlığını dəyişmək və yaxud da qabını dəyişmək çox asandır. Bu yağları da rahat şəkildə əhaliyə satıb milyardlarla, milyonlarla pul qazanırlar.

Elçin Bayramlı: “Qida Təhlükəsizliyi Agentliyi də boş-boş işlərlə məşğuldur”.

Biz jurnalistlərlə bir yerdə dəfələrlə sərt şəkildə faktları qoymuşuq ortaya, amma heç bir nəzarət yoxdur. Qida Təhlükəsizliyi Agentliyi də boş-boş işlərlə məşğuldur. Məsələn, onlar rayonlardan sağlam heyvan gətirib kəsən qəssabların üzərinə düşüblər. Halbuki, bu o qədər də təhlükəli deyil. Adam gedib kənddən sağlam heyvan gətirib camaatın gözünün qabağında kəsir və əhali də alır. Bu sahəyə monopoliya vəziyyətin gətirmək üçün bununla məşğul olurlar.

Ardı var...pia.az



REKLAM