sehiyye.info

Kərə ləzzətli palma yağı..

Kərə ləzzətli palma yağı..
Hər bir sahənin öz şahı olduğu kimi, deyərdim ki, yağların şahı da kərə yağıdır. Ola bilər hansısa bitki yağı – məsələn zeytun yağı orqanizmə daha xeyirlidir, xolestirol baxımından daha yaxşıdır və s. Amma, kərə yağı da kərə yağıdır da! Necə deyərlər, yeməyi dada yağ gətirir. Özü də kərə yağı. Mübaliğəsiz-filansız deyə bilərəm ki, bütün yağlar yan-yana düzülə, kərə yağının yel olub, heç yanından da ötə bilməzlər.



Yumurtanı kərə yağında da bişirsək, zeytun yağında da, ola bilər ki, orqanizmimiz zeytun yağında bişmiş yumurtanı daha yaxşı həzm edə biləcək. Amma, heç vaxt kərə yağında bişmiş yumurtanın dadını verməyəcək. Həm də kərə yağında bişmiş yumurtanı yeyəndə, bu ləziz dadın sayəsində insan həmin an xoşbəxt də ola bilər.



Kərə ləzzətli palma yağı...


Kərə ləzzətli palma yağı..

Yəni ləziz yeməyin belə bir "xoşbəxtlik" duyğusu vermək kimi bir gücü də var. Misal üçün, həmin güc çiyələkdə və şokoladda da var...



Yumurtanı misal üçün yazdım. Hər hansı bir yeməklə əvəz etmək mümkündür. Təki, yanında kərə yağı olsun...

Bəli, təki yanında kərə yağı olsun! Kərə yağı da bu saat olub ən defisit ərzaq... Əsil kərə yağı tapmaq üçün, az qalıb, Məcnun kimi çöllərə düşəsən...



Kərə ləzzətli palma yağı...


Mağazalarda vitrinlər dolu "kərə yağı" ilə, di gəl ki, içindəkindən inəyin heç xəbəri də yoxdur. Hamısı da kərə yağının dadını verir. Dad eyni, ad eyni, amma kərə yağı deyillər. Hansının üstünü oxuyursan, içində palma yağı. Bu palma yağını hətta, lap indicə dünyaya gəlmiş körpələrin də sünü qidalarının içinə daxil edirlər. Təsəvvür edirsiniz, biz körpəmizə 4-5 ayından sonra hansısa sıyıq-filan veririk ki, bundan tez versək, körpədir, həzm edə bilməz. Amma həmin sünü qidaların içində olan hələ bəlkə də ən abırlısı – palma yağıdır.



İstənilən bir yağa kərə ekstraktı qatmaqla kərə yağı düzəltmək olur. Həmin "yağ düzəldənlər" bu sahədə bir az da irəliləyərək, əməlli-başlı sıçrayış edərək, lap duru yağların da tərkibinə kərə ekstaktı qatmaqla, kərə ətirli duru yağlar hazırlayıblar. Ola bilər ki, paket yağ kimi qablaşdırılanda insanların əksəriyyəti aldana bilər və bu yağın marqarin olduğunu bilməyərək, elə kərə yağı kimi alıb işlədənlər olsun (necə ki, mən, bir müddətdir aldığım "kərə yağının" üzərində təsadüfən "bitki yağı" sözünü oxuyanacan, heç vaxt bu yağın kərə olmadığına inanmazdım... Mən də neçə vaxdır, sevinirəm ki, nəhayət ki, əsil kərə yağını tapdım... Məşhur filmdə deyildiyi kimi, "Sən demə, bu heç ərəbski də deyilmiş...").



Yəni paket şəklində qablaşdırılmış yağı alanda, bəzi alıcılar, kərə yağı bilib ala bilərlər. Amma duru yağda bu, belə deyil. Duru yağı alan bilir ki, kərə yağı belə olmur. Amma alır. Səbəbi müxtəlif ola bilər. Amma görünən odur ki, alan məmnun, satan ikiqat məmnun... İki könül razıdırsa, bizə bir söz demək düşməz.



Bir də bu palma yağı haqqında azərbaycandilli saytlardan fərqli olaraq, rus saytlarında əməlli-başlı tərif gedir. Səbəbini isə bilmirəm. Ola bilər, rusların dediyi kimi, yaxşı yağdır. Amma, görəsən biz bir də nə vaxtsa əsil kərə yağını yeyə biləcəyikmi?



Düşünürəm ki, daha keçdi o dövr, bir halda ki, kəndlərdə artıq çox insan yağ bir yana qalsın, heç süd sağmır. Çalışaq palma yağı ilə yoldaş olaq, yola gedək..(Dəyərlər.org)



REKLAM