Küçədən kərə yağı almayın,əksəriyyəti bitki yağıdır.
Kərə yağı adı altında küçələrdə satılan yağların təmiz olması həmişə şübhə doğurub.Mağazalarda satılan yağlardan fərqli olaraq bu kərə yağının qiyməti real görünmür.Təbii ki,tərkibində uçuz bitki yağları olandan sonra xeyli ucuz qiymətə başa gələn bu qida məhsulu insan orqanizminə ziyanlı sayılır.
Sehiyye.info xəbər verir ki,bu məqsədlə də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları mütəmadi olaraq reydlər təşkil edərək məhsulların keyfiyyətini yoxlayırlar.
Əldə olunmuş məlumat əsasında bu dəfə, Bərdə rayonu, Güloğlular kəndində “Təzə Bazar” ərazisində “Lada VAZ-21015” markalı minik avtomobilinin yük yerinə baxış zamanı baytarlıq ekspertizasından keçməmiş, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan ümumi çəkisi 260 kiloqram olan kərə yağı (nehrə yağı) adı altında bitki yağının satışının həyata keçirildiyini aşkarlayıb. Reyd zamanı yağın fiziki şəxs Babayeva Gülxatın Əli qızına məxsus olduğu müəyyən edilib.
Agentlikdən verilən məlumata görə, məhsuldan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Analizin nəticələrinə görə yağın bitki mənşəli yağ olduğu və mikrobioloji çirklənməyə məruz qaldığı aşkarlanıb.
Qanunvericiliyin tələbləri çərçivəsində ümumi çəkisi 260 kiloqram olan yağ məhv edilib.
Məsləhətdir ki,mənşəyi məlum olmayan belə kərəyağlarından uzaq durun.