sehiyye.info

Əsl kərə yağını necə seçməli? - Əgər rəngi...

Əsl kərə yağını necə seçməli? - Əgər rəngi...
Son illərdə yeyinti məhsulları arasında kərə yağının mövqeyi əhəmiyyətli dərəcədə pisləşib. Bunun səbəbi kərə yağının xolesterin səviyyəsini artırması ilə bağlı yaranan şübhələr idi. Bundan başqa, onun köklüyə səbəb olduğu düşüncələri geniş yayılmışdı. Ancaq elmi araşdırmalar göstərir ki, tibetlilərin uzunömürlü və sağlam həyat sürməsinin sirri kərə yağıdır.

Əslində, kərə yağı istifadəsinin müsbət təsiri çox əhəmiyyətlidir. Təəssüf ki, bir çox hallarda fırıldaqçı istehsalçılar bu cür yağları bitki mənşəli piylərlə qarışdıraraq satırlar. Nəticədə kərə yağının keyfiyyəti və nüfuzu aşağı düşür.

Sehiyye.info oxucuları kərə yağının faydaları ilə tanış edir:

Bu məhsulun səhhətə müsbət təsir göstərməsi üçün yalnız əsl təbii kərə yağı seçməlisiniz. Bəs əsl kərə yağını necə seçməli?

Supermarketdə satılan yağın altı dərəcədən aşağı temperaturda olması və saxlanma müddəti 30-35 gündən çox olmamalıdır. Əgər istifadə müddəti uzundursa, ehtimal ki, onların tərkibinə əlavə maddələr qatılır.Kağızla deyil, folqa ilə paketlənmiş yağ almaq faydalıdır. Yağ kağızla təmas etdikdə daha çox saralır və məhsul A vitamini itirir. Folqada isə xarici işıqlandırma onu təsir etmir.

Bazarda yağ çəki ilə satılırsa, onu dadmaqdan çəkinməyin. Bu məhsul ağızda dərhal əriməlidir və dişlərin üzərində qalmamalıdır, çünki bu, marqarinə xasdır.

Bundan əlavə, kəsilməsinə baxın, yağ parlaq, qatı olması və quru olmalı, həmçinin təbəqələşmə olmamalıdır.

Yağın rəngi heyvanların yediyi otun təsirilə əlaqədar olaraq sarımtıl, yayda daha tünd, qışda isə daha açıq olmalıdır.

Təbii kərə yağı çörəyə yaxmaq çox asandır. Əgər qırıntı yaranarsa, suyun tərkibi çox yüksəkdir.(Publika.az)



REKLAM