“Üzeyir” şadlıq evinin həyətində bıçaqlananlar Kliniki Tibbi Mərkəzə aparılıb
Avqustun 14-də paytaxtın Binəqədi rayonunda, 9-cu mikrorayon “Üzeyir” şadlıq evinin həyətində 2 nəfər bıçaqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təcili tibbi yardıma çağırış saat 22:47-də daxil olub. 57 yaşlı kişi sağ bazunun kəsilmiş yarası, 24 yaşlı kişi üzün və döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.