sehiyye.info

Nazirlikdən qatar qəzasında yaralananlarla bağlı açıqlama: "Təcili yardımın qoyduğu ilkin diaqnoz təsdiqini tapmayıb"

Nazirlikdən qatar qəzasında yaralananlarla bağlı açıqlama: "Təcili yardımın qoyduğu ilkin diaqnoz təsdiqini tapmayıb"
Xəbər verildiyi kimi, bu gün Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub. İlkin məlumata görə 4 nəfər xəsarət alıb. Təcili yardıma çağırış saat 12:42-də daxil olub.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib.

Qəzada xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.

22 yaşlı qızda və 20 yaşlı oğlanda qapalı kəllə beyin travması aşkarlanmayıb. Vəziyyətləri normaldır. Ambulator müalicəyə buraxılıblar.



REKLAM