sehiyye.info

Bakıda dönərxanada zəhərlənmə olub

Bakıda dönərxanada zəhərlənmə olub
Bakının Nizami rayonu Babək prospekti 65 ünvanında yerləşən dönərxanada zəhərlənmə baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, zəhərlənmədən 5 nəfər zərər çəkib.

Onların ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var.

Zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda onların müalicəsi davam etdirilir.



REKLAM