XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında təcili tibbi yardım briqadalarına 18 müraciət olub
İyulun 19-dan 22-dək XV Avropa Gənclər Yay Olimpiya Festivalı "Bakı-2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına ümumilikdə 18 müraciət olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çağırışlardan 4-ü Atletlər Kəndinə, 4-ü qonaqların qaldığı otellərə, 3-ü yarışlar keçirilən idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü “Baku Crystal Holl”a, biri İdman Akademiyasına, biri FHN-in Hövsandakı İdman-Sağlamlıq Klubuna olub.
Müraciət edənlərdən 3-ü Klinik Tibbi Mərkəzə, 1 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qalanlarına yerində yardım göstərilib.
Müraciət edənlərin 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.