Aeroport yolunda baş vermiş avtoqəzada ana və 6 aylıq körpəsi xəsarət alıblar
Aeroport yolunda, Sabunçu keçidinin yanında baş vermiş avtoqəza nəticəsində ana və övladı xəsarət alıblar. 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası və 6 aylıq qızı qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri ilə hadisə şahidlərinin köməkliyi ilə Pediatriya İnstitutuna çatdırılıblar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yaralılar Kliniki Tibbi Mərkəzdə müalicə alırlar.