“Sədərək” Ticarət Mərkəzində “Meyvəli” bazarında kütləvi zəhərlənmə olub
“Sədərək” Ticarət Mərkəzində “Meyvəli” bazarında kütləvi zəhərlənmə olub.
Təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) aparıblar. Saat 10:52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəri də KTM-in yoluxucu xəstəliklər şöbəsinə gətirib.
Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Kliniki Tibbi Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılanlara lazımi yardımlar edilir. Vəziyyətləri orta-ağırdır.