21-ci əsrin xəstəlikləri. Həyat tərzimizin dəyişməsi ilə nələr qazandıq. Həkim məsləhəti

Yeni dövr yeni xəstəliklər gətirib. Bu xəstəliklər hansılardır, niyə insanlarımız daha tez ölür ?
Bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova maraqlı fikirlər söylədi :
Texnologiya əsri insanların həyatını xeyli asanlaşdırıb. Amma bu, özü ilə bir çox yeni xəstəlikləri də gətirdi, həm də qocaların xəstəlikləri adlandırılan sağlamlıq problemlərini cavanlaşdırdı.
Əsrin əvvəllərində tibbi texnologiyanın sürətli inkişafı insan orqanizmini daha da yaxşı öyrənməyə imkan verdi. Məsələn, müasir linzalar sayəsində oftalmoloqlar əvvəllər praktiki olaraq naməlum olan keratokonusun (buynuz qişanın formasının dəyişməsi ilə bağlı xəstəlik) erkən əlamətlərini aşkar edə bildilər.
Amma elə xəstəliklər də var ki, biz, əksinə, yeni texnologiyalar əsrində qazanmışıq. Alimlər buna təsir edən üç əsas amili müəyyən ediblər: passiv həyat tərzi, yenilənmiş pəhriz və xroniki stress.
Onkoloji xəstəliklər
Xərçəng dünyada ölümlərin əsas səbəbidir. Onun inkişaf etməsinin radiasiyadan tutmuş müxtəlif viruslara və kanserogen maddələrin təsirinə qədər müxtəlif amilləri var. Bu gün respublikamızda onkoloji xəstəlikdən əziyyət çəkənlər və ölənlər də yüksək səviyyədədir.
Metabolik sindrom
Nərminə həkimin fikrincə, yeni dövrün bəlası 20-ci əsrdə rast gəlinməyən metabolik sindromdur. Fiziki hərəkətsizlik, həmçinin qida rasionunda yağların və şəkərlərin, xüsusilə şirin soda, peçenye, konfet, bulka və ağ çörək şəklində olan sadə şəkərlərin üstünlük təşkil etməsi orqanizmdə şəkər mübadiləsinin pozulmasına səbəb olub.
"Bu pozğunluqlar bel nahiyəsində, daxili orqanlarda piy yığır və nəticədə ürək-damar xəstəliklərinin və şəkərli diabetin inkişafına gətirib çıxarır. Bu, çox tez-tez, xüsusən də son vaxtlar gənclər arasında baş verir.
80-90 cı illərdə 50-60 yaşlı insanlarda 2-ci tip şəkərli diabet inkişaf edirdi. Bu gün qırx yaşdan yuxarı insanlarda xəstəliyin aşkarlanması qeyri-adi deyil. Səbəb də piylənmə və oturaq həyat tərzidir.
"Bunlar, ümumiyyətlə, ölkəmizdə ölüm səbəbləri arasında birinci yeri tutan bütün ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarıdır".
Cavanlaşan xəstəliklər
Əvvəllər qocaların xəstəliyi hesab edilən xəstəliklər bu gün gənclər və orta yaşlı insanlar arasında daha çox yayılıb.
"Xəstəlik hələ vizual olaraq özünü büruzə verməsə belə, biz öz təcrübəmizdə tez-tez xəstələrin qan analizlərində sidik turşusunun səviyyəsinin yüksəldiyini müşahidə etməyə başlamışıq. Bu isə artıq purin mübadiləsinin pozulduğunu göstərir", - Nərminə həkim qeyd edir.
Mütəxəssislər xəstəliyin yaşının daha az olmasını onunla izah edib ki, piylənmə və yaş faktorlarından çox, düzgün qidalanmamaqdan qaynaqlanan metabolik pozğunluqlar gənclərdə ötən əsrlə müqayisədə xeyli çoxalıb. Həkim hesab edir ki, vəziyyət 5-10 il əvvəl daha yaxşı idi.
Nevroloji xəstəliklər daha da çoxalıb.Uşaqdan tutmuş yaşlılara kimi çox adamda nevroloji xəstəliklər var. Miqren, nevroz, panik atak və digər simptomlar populyarlaşıb.
Ümumiyyətlə, son dövrlərdə demək olar ki, xəstəliklərin sürətlə yayılması və ölümün artması barədə konkret fikirlər söyləmək çətindir. Lakin əsas görünən odur ki,onkologiya,infarkt, insult və pnevmaniya ön sıralardadır.
Mayomed Tibb Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207