sehiyye.info

Fiziki məşqlər orqanizmə nə kimi faydalıdır.Həkim məsləhəti

Fiziki məşqlər  orqanizmə nə kimi faydalıdır.Həkim məsləhəti
Gimnastika, fiziki məşqlər, gəzintilər sağlamlığı, dolğun və şən həyatı qorumaq istəyən hər kəsin gündəlik həyatında əsas yer tutmalıdır.-Bu sözlər Hippokrata aiddir.
Təbii ki,böyük şəhər tipində insanların idmanla məşğul olması üçün yaxşı şərait yoxdur.Elə insanlarımız da idmana o qədər maraqlı deyillər.
Sehiyye.info xəbər verir ki,araşdırmalar göstərir ki,şəhər əhalisi son 10-15 il ərzində passiv həyata üstünlük verir.İş-ev,yemək və yatmaq...
Ona görə də oturaq həyat tərzi keçirən insanlarda xəstəliklərin sayı artır.
Bu barədə Sehiyye.infonun eksperti,tanınmış həkim terapevt Nərminə Abbasova öz fikirlərini sizə çatdırır.
Hər bir insana idmanla mıəşğul olmaq lazımdır.
Gündəlik məşq əzələləri gücləndirir, bu da insanlara başqa cür mümkün olmayan işləri yerinə yetirməyə imkan verir və ya daha az səylə bu cür işləri yerinə yetirməyə imkan verir. Hər bir fiziki səy əzələ gücü ilə yanaşı, müəyyən dərəcədə birgə hərəkətlilik tələb edir.
İdman etməklə bütün bədən hərəkətə gəlir,Xüsusilə oynaqlar,damarlar,əzələlər yaxşı işləyir.
Ümumilikdə fiziki aktivlik bir neçə yerə bölünür:
Aşağı, orta və intensiv fiziki...
Məsləhətdir ki,orta fiziki aktivliyi seçəsiniz.
Orta fiziki fəaliyyət nə hesab olunur?

Fiziki məşqlər  orqanizmə nə kimi faydalıdır.Həkim məsləhəti
- Orta fiziki fəaliyyət ürək döyüntüsünüzü bir qədər artıran və sizdə istilik və bir qədər nəfəs darlığı hissi yaradan fiziki fəaliyyət səviyyəsidir, məsələn, sağlam bir insanın sürətli yerimə, üzgüçülük, düz səthdə velosiped sürmə və ya rəqs zamanı sərf etdiyi səylər. .
Fiziki fəaliyyət və məşqin əsası bunlar hesab olunur.
sürətli gəzinti (məsələn, yarış yeri);
qaçmaq;
rəqs;
üzgüçülük;
basketbol oyunu.
Təbii ki,idman və fiziki hərəkət növləri çoxdur.
Mayomed Tibb Mərkəzinin həkimləri müxtəlif xəstəliklərə görə fiziki məşqlər təyin edir.
Hər xəstəliyə görə bir neçə məşq növü seçilir.
Həkim Nərminə Abbasova qeyd etdi ki,bəzi hallarda insanlara idmanla məşğul olmaq üçün şəraitin olmaması mane olur.Şəhər infrastrukturu buna imkan vermir.Parklar azdır,pulsuz idman meydançaları tək-tək həyətlərdə mövcuddur.
Lakim buna baxmayaraq mütəmadi olaraq idmanla məşğul olmaq üçün səygöstərmək lazımdır.Ən azından gəzinti və evdə eyvanda səhər gimnastikası tövsiyyə olunur.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95



REKLAM