sehiyye.info

Yeni XƏSTƏLİK: Mikroblar insan orqanizmini yeyir

Yeni XƏSTƏLİK: Mikroblar insan orqanizmini yeyir
ABŞ-ın Florida ştatında hələ ki "ətyeyən" adlandırılan naməlum bir xəstəliyə yoluxma halları müəyyən edilib.

Sehiyye.info Lent.az-a istinadla bildirir ki, naməlum infeksiya insan orqanizminə təsir edir, bundan sonra mikroblar insan orqanizmini sanki yeyir və bu da sepsisə səbəb olur.

Mütəxəssislər 20 məlum yoluxma hadisəsi haqqında məlumat verirlər. Bunların 8 nəfəri artıq vəfar edib.

Təhlükənin reallığı ABŞ-da qeydə alınan yeni bir epidemiya ilə təsdiqlənib.

Hazırda əldə edilən bütün nəticələr və infeksiya haqqında məlumatlar "ilkin" xarakter daşıyır.

Yoluxmuş amerikalıların xəstəxanaya yerləşdirilməsi davam edir. Həkimlər heç bir proqnoz vermirlər.

Naməlum xəstəliyə Vibrio vulnificus bakteriyasının səbəb olduğu güman edilir.

Həzm sisteminə su ilə birlikdə girəndə ağır zəhərlənməyə səbəb olur.

İnsan əti yemək prosesi bakteriyalar açıq yaraya girəndə başlayır.

Hələlik mütəxəssislər V. vulnificusun suda olması səbəbindən yeni infeksiyaların sayının artacağını istisna etmirlər.

Bu bakteriyalar vəba xəstəliyinin törədicisinin aid olduğu cinsə aiddir.

Patogen duzlu suda yaşayır və zəif yuyulmuş və ya istiliklə işlənməmiş dəniz məhsulları ilə birlikdə bədənə girə bilər.



REKLAM