sehiyye.info

Gürcüstanda tibb bacısı “AstraZeneca” peyvəndindən sonra komaya düşdü

Gürcüstanda tibb bacısı “AstraZeneca” peyvəndindən sonra komaya düşdü
Sehiyye.info xəbər verir ki, Gürcüstanın Axaltsixe şəhərindən olan 27 yaşlı tibb bacısı Meqi Bakradze Britaniya-İsveç birgə istehsalı olan “AstraZeneca” peyvəndinin vurulmasından sonra anafilaktik şok keçirib. Tibb bacısı peyvənd vurdurmazdan əvvəl yerli telekanalın efirində çıxış edərək hamını koronavirusa qarşı peyvənd olunmağa çağırmışdı. Tibb bacısı “Metsxre arxi” kanalının efirində belə demişdi: “Mənim fikrimcə, koronavirusa tutulmamaq üçün hamı hökmən peyvənd olunmlıdır. Əhali qorxur, ağlına hər şey gətirir, lakin qorxulu heç nə yoxdur. Hamını peyvənd olunmağa çağırıram. Yəqin insanlar yetərincə məlumatlı deyillər. Peyvəndin bizim üçün hansısa fəsadları olacağına inanmıram. Adamlar boş yerə qorxurlar”.

Gürcü mətbuatının yazdığına görə, peyvənd vurulduqdan 30 dəqiqə sonra onda anafilaktik reaksiya baş verib.

Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin başçısı Amirana Qamkrelidzenin sözlərinə görə, tibb bacısına zəruri ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti kəskin şəkildə ağırlaşıb və qız süni nəfəs aparatına qoşulub. Xəstə Tbilisiyə aparılıb.//hurriyet.



REKLAM