Çin koronavirusa qarşı daha bir peyvənd hazırladığını elan etdi
Çin koronavirusa qarşı peyvəndin kliniki testlərinə başlayıb.
Sehiyye.info xəbər verir ki, rəsmi dairələr peyvəndin insanlar üzərində test edilməsinə icazə verilib. Məlumata görə, peyvəndin tərkibində zərərsizləşdirilmiş patogen elementlərdən istifadə edilib. Məlumata görə, ikinci mərhələyə keçən bu peyvənd koronavirusa qarşı hazırlanan dünya üzrə ikinci tibbi preparatdır.
Qeyd edək ki, bundan əvvəl ikinci mərhələyə keçən koronavirusa qarşı peyvənd də Çin şirkəti tərəfindən istehsal edilib.