Çinli tibb bacısı əməyi müqabilində hökumətdən sevgili istəyib
Çindən olan bir tibb bacısı ölkə rəhbərliyindən koronavirusa qarşı mübarizəsinə mükafat olaraq, ona sevgili tapmağı xahiş edib.
Bu barədə “Unilad” nəşri məlumat verib.
30 yaşlı tibb bacısı Tyan Fanfan Çinin Hubey əyalətinin Uhan şəhərinə koronaviruslu xəstələr olan müvəqqəti tibb müəssisəsində işləmək üçün gəlib.
Sosial şəbəkələrdə qoruyucu geyimdə fotosunu paylaşan Fanfan əlində tutduğu kağızda əməyi müqabilində ona ucaboy sevgili tapmalarını istəyib.
O, eyni zamanda qeyd edib ki, sevgili ona gələcəkdə lazım olacaq, hazırda isə koronavirusla mübarizədə xəstələrə kömək etməyə və işinin öhdəsindən layiqincə gəlməyə çalışır.