sehiyye.info

BMT-dən təklif: Koronavirusa qarşı peyvənd hazırlamaq üçün…

BMT-dən təklif: Koronavirusa qarşı peyvənd hazırlamaq üçün…
BMT-nin Baş katibi Antonio Quterreş koronavirusa qarşı peyvəndin hazırlanması üçün qlobal koalisiya yaratmağa səsləyir.

Bu barədə o, özünün “Twitter” hesabında yazıb.



“Bizə COVID-19-a qarşı hər yerdə və hamı üçün əlçatan olan peyvənd yaratmaq üçün qlobal koalisiya lazımdır”, - deyə Quterreş yazıb.

Xatırladaq ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa qarşı 70 fərqli peyvənd üzərində iş getdiyini bildirmişdi. Onlardan üçünün insanlar üzərində sınaqdan keçirilməsinə başlanılıb. ABŞ-ın “Moderna” və “Inovio Pharmaceuticals” adlı şirkətlərinin hazırladığı peyvəndin testləri ilk mərhələdədir. Çinin Pekin Texnologiya İnstitutu və Honkonqun “CanSino Biologics” şirkətinin birgə hazırladığı peyvəndin insanlar üzərindəki testlərində isə artıq ikinci mərhələyə başlanılıb.



REKLAM