sehiyye.info

Koronavirusa qarşı peyvənd ilk növbədə kimə vurulmalıdır? – AÇIQLAMA

Koronavirusa qarşı peyvənd ilk növbədə kimə vurulmalıdır? – AÇIQLAMA
Koronavirusa qarşı peyvənd ilk növbədə müəllimlərə və yaşlı insanlara vurulmalıdır.

TASS xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib.



Onun sözlərinə görə, mümkün olduğu qədər vaksinasiya işləri tikinti meydançalarında, kazarmalarda və yataqxanalarda yaşayanlar arasında aparılmalıdır.

Gintsburq həmçinin qeyd edib ki, xroniki autoimmun xəstəliklər koronavirusa qarşı peyvənd üçün əks göstəriş hesab oluna bilər. “Peyvənd edilməmişdən əvvəl mütləq terapevtin qəbulunda olmaq və onunla məsləhətləşmək lazımdır”, - alim bildirib.//oxu



REKLAM