sehiyye.info

Koronavirus peyvəndinin başqa təsirləri varmı? - Bu şəxslərə XƏBƏRDARLIQ EDİLDİ

Koronavirus peyvəndinin başqa təsirləri varmı? - Bu şəxslərə XƏBƏRDARLIQ EDİLDİ
İngiltərədəki "Pfizer" və "BioNTech" şirkəti tərəfindən istehsal olunan "BNT162b2" koronavirus peyvəndindən istifadə təlimatı açıqlanıb.

Sehiyye.info MediaBaku.az-a istinadən xəbər verir ki, alman viroloq Fridenmann Veber ilk dəfə bu qədər geniş miqyasda tətbiq olunacaq "mRNA" peyvəndi ilə bağlı bəzi xəbərdarlıqlar edib.

O bildirib ki, peyvənd 16 yaşdan yuxarılar üçün uyğundur: "Peyvənd üç həftə ərzində iki dozada verilir. İstehsalçı "Pfizer" və "BioNTech"ə görə ikinci dozadan yeddi gün sonra qoruma təmin ediləcək. Şiddətli allergiyası olanlar, hamilə qadınlar, ana südü verənlər, yaxın iki ayda uşaq sahibi olmaq istəyənlər peyvənd oluna bilməz.

Vaksinin sonsuzluğa heç bir təsiri yoxdur, ancaq iki ay müddətində uşaq istəyənlər peyvənd edilməməlidir".

"mRNA" peyvəndi vurulan insanın sonradan yoluxmasını və ya başqasını yoluxdurma ehtimalını aradan qaldırmır. Veber peyvənd təlimatının içərisində ciddi risklər və yan təsirlər barədə məlumat olmadığını deyib: "İnsanların DNT-sinin dəyişdirilə biləcəyi iddialarını şişirdilmiş və əsassız hesab edirəm. 16 yaşınadək uşaqlara peyvənd tətbiq olunması ilə bağlı "Pfizer" və "BioNTech" işlərini davam etdirir".

Peyvəndin ən çox görülən yan təsirlərinin baş ağrısı, halsızlıq, üşütmə, qızdırma, ürək bulanması, əzələ və oynaq ağrıları olduğu bildirilib.



REKLAM