sehiyye.info

Dünyada ilk koronavirus PEYVƏNDİ onlara edilmişdi

Dünyada ilk koronavirus PEYVƏNDİ onlara edilmişdi
Dünyadakı koronavirus peyvəndi sınaqlarının iştirakçısı olan Cennifer Haller və Neal Brouninq bir müddət sonra dərmanın təsiri barədə fikirlərini bölüşüb.

Sehiyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seattle şəhərində yaşayan Cennifer Haller martın 16-da ABŞ-da eksperimental peyvəndi vurulan ilk şəxs olub.

O, açıqlamasında “İndi geriyə baxaraq bunun həqiqətən nə qədər vacib olduğunu başa düşürəm. Özümü əla hiss edirəm, heç bir mənfi təsiri olmadı”, - deyib.

ABC11-ə danışan Neal Brouninqsə peyvəndin ona müsbət təsiri olduğunu etiraf edib:

“Əvvəl bir narahatlığım var idi. Bilirdim ki, peyvənd heyvanlarda sınaqdan keçirilməmişdi. Həm insan, həm də ilk heyvan sınağı idi. Bir həftə ərzində müayinəyə getdim, vaxt keçdikcə özümü daha inamlı hiss etdim”.

Hər iki iştirakçı peyvənd vurulan nahiyədən başqa yüngül çiyin ağrsı olduğunu, əlavə heç bir əks təsirlər hiss etmədiklərini qeyd ediblər.//publika



REKLAM