sehiyye.info

İsveçrədə kişi “Pfizer” peyvəndi vurulduqdan sonra ölüb

İsveçrədə kişi “Pfizer” peyvəndi vurulduqdan sonra ölüb
İsveçrənin Lütsern şəhərində yerləşən qocalar evindəki xəstə koronavirusa qarşı peyvənd edildikdən sonra vəfat edib.

Bu barədə “Repor” RİA “Novosti”yə istinadən xəbər verir.

Ölkənin tibb orqanları peyvəndlə ölüm arasındakı əlaqəni mümkünsüz hesab edirlər.

İsveçrədə kütləvi peyvəndlənmə 23 dekabr tarixindən başlayıb. Hələ ki, ölkədə dərman tənzimləmə orqanı (Swissmedic –Red) tərəfindən təsdiqlənmiş “Pfizer / BioNTech” peyvəndi istifadə olunur.

Qeyd olunub ki, 91 yaşlı şəxs ağır xəstəliklərdən əziyyət çəkirmiş və peyvənd olduqdan bir neçə gün sonra dünyasını dəyişib.

“Xəstəliklərin gedişatı COVID-19 peyvəndi ilə ölüm arasında birbaşa əlaqənin mövcud olmadığını göstərir. Hərtərəfli araşdırma təbii ölümə səbəb olacaq mövcud xəstəliklərə işarə edir”.
[media=]



REKLAM