sehiyye.info

Rusiya vaksini ilə bağlı QORXUNC XƏBƏR

Rusiya vaksini ilə bağlı QORXUNC XƏBƏR
Rusiya istehsalı "Sputnik V" peyvəndinin ilkin sınaq mərhələsində vaksinasiya olunan 20 nəfər koronavirusa yoluxub.

Sehiyye.info xəbər verir ki, Seçenov adına Moskva Dövlət Tibb Universitetinin direktoru Vadim Tarasov məsələni şərh edib.

O bildirib ki, bu şəxslərin vaksinasiyadan sonra koronavirusa yoluxduğunu demək doğru deyil: “Vaksin qəbul etmisinizsə və birinci doza ilə ikinci doza arasında xəstələnmisinizsə, bu, peyvəndin immun sistemi yaratmamış olmasından qaynaqlanır. İmmun sistemi 42 gün ərzində yaranır”.

Tarasov "Sputnik V" peyvəndinin yazda aparılan ilkin mərhələ testlərinə qatılan könüllülərin heç birinin COVID-19-a yoluxmadığını qeyd edib.

Qeyd edək ki, sözügedən peyvənd Qamaleya adına Epidemiologiya və Mikrobiologiya İnstitutu tərəfindən hazırlanıb. İlkin test mərhələsinə 18 iyunda başlanmışdı. Peyvəndin effektivliyinin 92% olduğu bildirilir.//publika



REKLAM