Koronavirusa qarşı Rusiya peyvəndinin kütləvi istehsal tarixi açıqlandı
Koronavirusa qarşı Rusiya peyvəndinin kütləvi istehsalı azı yarım ildən sonra başlayacaq.
“RİA Novosti”nin məlumatına görə, bunu Rusiyanın Moskva Fizika və Texnologiya İnstitunun genom mühəndisliyi laboratoriyasının müdiri Pavel Volçkov bildirib.
Onun sözlərinə görə, bütün standartlara uyğun məhsul istehsal etmək üçün bir ilə yaxın vaxt lazımdır. Bu məsələdə ən çətin amil sənaye istehsalının təşkili və işə salınması olacaq, bəlkə də əlavə imkanlar, yeni infrastruktur lazımdır.
“Fövqəladə halda bəzi tələblərə göz yumulacaq, lakin bu vəziyyətdə də ən sürətli reallıqda ən azı altı ay lazım olacaq”, - deyə, o bildirib.//Oxu.az