Rusiyada yeni vaksini Putinin qızı sınaqdan keçirdi.
Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident qeyd edib ki, onu qızlarından biri öz üzərində sınaqdan keçirib.
Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.
Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.
""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVİD-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.
Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident qeyd edib ki, onu qızlarından biri öz üzərində sınaqdan keçirib.
RF səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamalei adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.
O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamalei adına Mərkəzindsə və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq. Rusiyanın Səhiyyə Nazirliyinin Gamaleya adına Mərkəzi və "Binnofarm"şirkəti.
Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.