sehiyye.info

Bu yağla qızardılan yemək ÖLÜM SAÇIR - XƏBƏRDARLIQ

Bu yağla qızardılan yemək ÖLÜM SAÇIR - XƏBƏRDARLIQ
Yeməklərin qızardılması üçün kərə yağını istifadə etməmək məsləhət görülür.

Sehiyye.info xəbər verir ki, Rusiyalı həkim-dietoloq İrina Berejnaya bu barədə açıqlama verib.

Ekspert quru tava və ya qrildən istifadə etməyi də tövsiyə edir.

"Təzə kərə yağı məqbul miqdarda təhlükəsizdir. Həmçinin xolesterinin maddələr mübadiləsinə mənfi təsir göstərmədiyi də məlum olub", - dietoloq vurğulayıb.

Bununla belə, İ.Berejnayanın sözlərinə görə, 70 dərəcədən artıq istilikdə sərbəst radikallar ortaya çıxa bilər. Onlar uzunmüddətli istifadədə onkoloji xəstəliyə yol aça bilər.

Mütəxəssis bildirib ki, xörəklərin hazırlanmasında donuz yağından da yararlanmaq olar, ancaq bununla belə, ən yaxşı seçim deyil.

"Uzunmüddətli istifadə və yüksək hərarət zamanı kalorilik artacaq və müvafiq olaraq həmin sərbəst radikallar ortaya çıxa bilər. Bununla belə, azad radikallar kərə yağından daha az miqdarda olacaq", - o əlavə edib.//publika



REKLAM