Gülmək lazımdır,qocalmazsız.
Həyatda ən çox istədiyimiz şeylərdən biri xoşbəxt olmaqdır. Sərt həyat şərtləri, stresli iş həyatı, ev, uşaq deyərkən hər şeyin üzərimizə gəldiyini və yorulduğumuzu hiss edə bilərik. Belə anlarda, yaşama sevincimizi bir an olsun itirib məyusluğa yönələ bilirik. Bu vəziyyətdə edə biləcəyiniz ən yaxşı şey, hər şeyi unutmaq və ürəkdən gülümsəməkdir. Təbəssümünüz həyatınıza müsbət bir dəyər əlavə edəcək bir gerçəkdir. Həyata pozitiv baxan insanların tez-tez üzlərindəki təbəssüm bunu sübut edir.
Mövzu gözəllik, moda, bəzək və sağlamlıq olsun, həyatınıza xoşbəxtlik gətirən bir şeydir. Həyatda xoşbəxt olmanın ən böyük əlamətidir.
Bəzən biz özümüzü nə qədər pis hiss edərsək edək, gülmək üçün bir çox səbəbimiz var. İndi isə həmin səbəblərdən bəhs edəciyik.
Pozitiv enerji yayar
Gülüncə ağız kənarlarınız açılıb yanaqlar yuxarı qalxar və göz kənarlarınız az-maz qırışar. Bu ifadəylə qarşınızdakına özünüzü nə qədər xoşbəxt hiss etdiyinizi göstərər və pozitiv enerji yayarsınız. Ayrıca dünya miqyasında eyni məna daşıdığı üçün beynəlxalq bir ünsiyyət vasitəsidir.
Səhhətinizə və həyatınıza müsbət təsir göstərər
Gülümsəmə və qəhqəhə atmaq, sağlam və xoşbəxt bir həyatın açarıdır. Xoşbəxt olduğumuz üçün tez-tez gülümsəmiş olsaq da bəzən bunun əksi də ola bilər. Yəni xoşbəxt olmadığımız halda gülümsəyə bilərik. Biz gülümsəyərək xoşbəxt hiss etməyə çalışırıq. Araşdırmalara görə təbəssüm sağlamlıq üçün çox faydalıdır. Xüsusilə ağır xəstəliklərdə stressdən, kədərdən uzaq durun. Yalnız sağlamlıq üçün deyil, daha gözəl və müsbət baxmaq üçün bol-bol gülümsəməyi unutmayın.
Xoşbəxtliyiniz artar
Gülərkən üz əzələlərimizin hərəkətləri beyində müəyyən kimyəvi maddələrin sərbəst buraxılmasına səbəb olur. Gülüncə xoşbəxtlik hormonu olaraq bilinən endorfin təmin olunur. İstəyir ürəkdən, istəyir yalandan olsun, beynimiz ayrı-seçkilik etmədən xoşbəxtlik hormonunu aktiv edərək bizim daha xoşbəxt hiss etməmizi təmin edir.
Saxta bir təbəssüm başa düşüləndir
Gülümsəmək adətən səmimi bir hərəkətdir. Gülməli və əyləncəli bir hadisə ilə sevdiklərinizin və ya sizi xoşbəxt edən hər hansı bir vəziyyətdən sonra hər hansı bir sürprizlə səmimiyyətlə gülürsünüz. Amma bəzən içimizdən gəlmirsə də gülümsəyirik. Bu, şəxsən asanlıqla başa düşülə bilər. Saxta bir gülümsəmədə yalnız ağızın şəkli dəyişir, gözlərdə o sevinc və həyəcan olmur.
Xəstəliklərə qarşı müqavimətinizi artırar
Gülmənin sağlamlığa faydalı olduğundan bəhs etmişdik. Gülmək stressdən uzaqlaşmağınıza kömək etdiyi kimi, təbii ağrı kəsici kimi də çıxış edir. Bu da immunitet sisteminizi gücləndirir və xəstəliklərə qarşı daha davamlı olmağa kömək edir.
Güldükcə çevrənizə də sevinc bəxş edərsiniz.//motivasiya
Gülümsəmək və qəhqəhə atmaq ictimai həyatınızda da müsbət bir təsirə sahibdir. Gülümsəyən birinin daha cana yaxın olduğu düşünülür. İnsanlarla ünsiyyətdə gülümsəməyiniz sizə əlavə dəyər verəcəkdir. Ayrıca siz gülümsədikcə, qarşınızdakı da gülümsəməyə başlayar və xoş bir harmoniya əldə edilmiş olar. Həyata pozitiv baxan və gülümsəyən insan olduğu mühitə də müsbət enerji verər.
Əgər siz də xoşbəxt və xoş bir həyat yaşamaq istəyirsənizsə, həyatınızdan təbəssümü əksik etməyin.