Xoşbəxtlik(Psixologiya)
Necə xoşbəxt olmaq olar? Çox qəliz sualdır. Xoşbəxtliyin 10, ya nə bilim 6 üsulu. Çox iddialı cavabdır. Xoşbəxtliyi hədəf olaraq həyatının mərkəzinə qoyan insan kimi müəyyən təcrübəllərim va bu barədə. Ilk olaraq onu deyim ki, məsələni bacardıqca sadələşdirmək lazımdır. Xoşbəxtlik anlayışı nə qədər adiləşsə, o qədər əlçatan olacaq. Tebii ki, baxır kimin xoşbəxtlik amili nədən keçir.
Əgər sizin xoşbəxtliyinizin açarı bir “Porşe”, ya hansısa brilliant dəstindən keçirsə o zaman bu yazı sizə aid deyil. Siz daha çox bəxtigətirənlərdənsiniz, çünki ən azından istəyiniz konkretdir. Sizi nəyin xoşbəxt edəcəyini bilirsiz. Belə olan halda etməniz lazım olan yeganə şey ya bank soymaq, ya laboratoriyada pul udub istəyinizi həyata keçirməkdir. O maşını, ya zinyət əşyasını, ya o villanı əldə etdikdən sonra özünüzü yenə xoşbəxt hiss etməyə bilərsiz, bunu da deyim.
Bəzən uğrunda mübarizə apardığımız şey bizi xoşbəxt etmir, nəinki ona gedən yoldakı macəralar. Amma bu başqa mövzudur.
Əgər bəxtiniz gətirməyibsə, sizi nə pul, nə ev, maşın xoşbəxt ətməz düşünürsünüzse o zaman işlər bir az çətinləşir. O zaman hər fərd bir qədər filisof olmalıdır.
Ən əsası düşünmək, fikrə getmək qabliyyəti formalaşdırmalısınız özünüzdə. İçindən çıxa bilmədiyiniz hər bir şey haqqında dibinə qədər gedərək düşünun. Hansı anlar içinizdəki o yük hissi yox olur. Hansı ki, var olarkən sinənizin üstündə ağır bir şey daşıyırmış kimi hiss edirdiz. Hər nəfəs alanda kürəyinizlə sinənizin arasında bir yerdə nəyinsə nəfəs almağınıza mane olduğunu hiss edirdiz. Gülməli proqrama, komediya janrında bir filmə baxdığınız an, ən qələbəlik yığıncağda səbəbini bilmədiyiniz kədər bütün varlığınıza hakim kəsilirsə təbrik edirəm: siz bədbəxtsiniz.
Qarşınızda iki yol var, ya bu bədbəxtliyə boyun əyəcək, depressiyanın ən dibinə enəcək, yeyəcək- yeyəcək kökəlkəcək, bir iz qoymadan köçüb gedəcəksiniz bu dünyadan.
Ya da ikinci yol: yənə kədərlənəcək, yeyəcək, kökələcək, ağlayacaq, amma bütün bunlarla yanaşı əlinizdə olan bu xammaldan nistifadə edəcəksiniz.
Necə?
Kədərinizi yumşatmaqla. Onun haqqında düşünün, düşünün və düşünün, onu o qədər o tərəf- bu tərəfə çevirin ki, yumşalsın, yumşaq olduğunda onu istədiyiniz formaya sala biləcəksiniz.
Kədərinizi xarakterə çevirin.
Onunla birgə yaşamağa öyrənin. Nəticədə onu özünüzə tabe edin.
Burda diqqət verilməli olan əsas şey budur: onun sizi udmasına imkan verməyin. Əksinə, onu özünüzə ram edin.
Onu yaradıcılığa çevirin.
Düşüncə olan yerdə yeni bir şeylər hökmən yaranır. Yeni şeylər də materialdan, məhsuldan yaranır.bədbəxtliyiniz məhsulunuz olsun.. Onun haqqında düşünəndə əlavə rənglər yaranacaq. (məsələn: xəyal, təxəyyül, ronantica)
Bu bədbəxtliyə o rəngləri qatsanız əlinizdə rəngli, yumşaq bir oyun xəmiri var zənn edin. Artıq ona istədiyiniz şəkli vermək sizin öhdənizdədir. Işin pik nöqtəsi səhər və axşamdan aslıdır. Ən pik nöqtəsi isə, bəlkə də inanmazsınız amma, havadan aslıdır, Umara xanımın dediyi o havadan.
Şəfa(Qadın.net)