sehiyye.info

Körpə qoxusu niyə insanı xoşbəxt edir?

Körpə qoxusu niyə insanı xoşbəxt edir?
Emosional və fiziki cəhətdən 5 duyğu insanlara fərqli hisslər yaşadır. Xüsusi ilə hadisələrin yada salınması, xatırlanması üçün ətirlər əvəzsizdir. Bir insanın qoxusu əsasən də körpə qoxusu tam fərqli olur. Bu ətir bizi xoşbəxt edir. Bəs bunun səbəbi nədir?
Sehiyye.info Kayzen.aza istinadən bildirir ki,emosianal duyğularımızdan biri olan qoxlamaq, psixoloji baxımdan hərşeyi hiss etmə gücünə sahibdir. Xüsusi ilə yeni doğulan körpənin qoxusu anaları xoşbəxt edir. Ana olmayanlara belə bu ətir müsbət təsir edir. Anatomiya üzrə psofessoru Johannes Frasnelli mötəşəm qoxunu araşdırıb.
2013-cü ildə yeni doğulan körpə qoxusunun nevroloji təsirləri barədə elmi tətqiqatlar aparıb. Tədqiqat qrupu yeni ana olmuş 15 və heç ana olmamış eyni sayda qadınlar üzərində olub. Bu zaman 30 xanım maqnit rezonans tomoqrafiyasından keçirilib. Nəticədə iki günlük körpənin qoxlanması zamanı anaların beyinlərinin fəaliyyəti, beyninlərində baş verən dəyişiklik müşahidə olunub. Analoji hal heç ana olmayanlarda da qeydə alınıb.
Müşahidələr zamanı körpə iyinin xüsusi ilə beynin serebral hissəsinin stimullaşdırdığı aydın görülüb.

Körpə ətri ana-bala münasibətini gücləndirir
Professor Johannes Frasnelli deyir ki, analar doğuşdan sonra bütün yükün üzərlərinə düşdüyündən şikayətlənir. Bunun səbəbi də uşağın qayğılarının tamamilə qadının üzərində olmasıdır. Fərqli ətirlər inanın öyrənmə qabiliyyətini artırır və yaddaş mərkəzini stimullaşdırır. Bir körpənin anaya özündən sonra ən böyük hədiyyəsi məhz onun qoxusudur. Uşaq ətrinin xoşbəxtlik gətirən, rahatlandırıcı və sevindirici təsirləri əsirlərdir öz möcüzəsini saxlayır.



REKLAM