sehiyye.info

Koronavirusun yeni simptomu – “Xoşbəxt hipoksiya”

Koronavirusun yeni simptomu – “Xoşbəxt hipoksiya”
Koronaviruslu xəstələr artdıqca onun yeni –yeni özəllikləri və davranışları üzə çıxır. Amerikalı həkimlər bu dəfə yeni simptom aşkarlayaraq, ona “Xoşbəxt hipoksiya” adı veriblər.

Sehiyye.info xəbər verir ki, bu zaman xəstənin orqanizmində oksigen çatışmır, amma pasiyent özünü yaxşı hiss edir, danışır.

İlk dəfə bu simptoma Nyu-york tibb əməkdaşları diqqət yetirib. Hansı ki, sutkada 1000 xəstə qəbul edirlər.
Belə ki, bir çox xəstələr qəbul olanda həkimlər onların normal vəziyyətdə olduğunu görüb, ciddi hipoksiya keçirmədiklərini zənn ediblər. Çünki xəstələr danışır və boğulmurdu. Amma cihazlar taxılan kimi onlarda oksigen səviyyəsinin normadan 2 dəfə az olduğunu göstərmişdi.

Heç bir zahiri əlamət görülməsə də, bu xəstələrə təcili oksigen dəstəyi olmasa, vəziyyətləri ağırlaşıb, süni ventilyasiyasına düşə bilərlər.

Ona görə də xəstələrin rahat danışmasına arxayın olmaq olmaz, “xoşbəxt hipoksiya” aldadıcıdır.



REKLAM