sehiyye.info

Karmanı təmizləyən BEŞ VACİB PRİNSİP

Karmanı təmizləyən BEŞ VACİB PRİNSİP
"Nə əkərsən, onu da biçərsən" məsəlini nə vaxtsa eşitmisinizmi? Karma qanunları məhz bu prinsip üzrə işləyir. Başqalarına nə ötürürsünüzsə, o duyğular sizə geri qayıdır.

Kainatın qanunlarını dəyişdirə bilmərik, amma pis karmanı düzəltmək üçün mümkün olan hər şeyi edə bilərik.

Sehiyye.info oxucuları karmanı təmizləyən 5 prinsiplə tanış edir.

1. İncitdiyiniz insanlardan üzr istəyin

İstəmədən belə çox vaxt bizim üçün həqiqətən dəyərli olan insanlara acı sözlər deyirik. İnsanlar fərqli duyğular yaşayır və fikirləri bəzən çox fərqli ola bilər ki, bu da anlaşılmazlıqlar və mübahisələrə gətirib çıxarır.

Birini incitdiyiniz təqdirdə özünüzü günahlandırmağı dayandırın, əksinə o insandan üzr istəyin ki, hər biriniz öz yolunuza rahat davam edə biləsiniz. Ola bilər ki, bundan sonra yollarınız ayrılsın, hər halda əsas odur ki, bir-birinizə neqativ enerjilər yollamırsınız.

2. Ətrafa sevgi yayın

Ətrafınızdakı hər kəsə sevgi yaymaq karma müalicəsinin ən yaxşı yoludur. Bəzi insanlar sizə qarşılıq verməyəcək, dərd etməyin. Əvvəlcə çox çətin olacaq, amma buna dəyər.

Bundan əlavə, ürəyinizi digər insanlara açaraq onlara kömək edə bilərsiniz, bu da sizin xeyrinizədir. Düşmənləri sevmək çətindir, amma bu, vicdanınızı təmizləmə və özündə mənəvi enerjinin tükənməz ehtiyatlarını aşkar etməyə icazə verəcək.

Sadəcə təsəvvür edin ki, bir-birimizi məhdudlaşdırmadan və qarşılığını güdmədən sevməyə başlasaq, dünyamız necə dəyişərdi...


3. Səbirli olun

Demək olar ki, öz tələbat və ehtiyaclarımızı ödəmək üzərində qurulan müasir mədəniyyətdə bir çoxumuz özümüzdə və başqalarına qarşı səbirli ola bilmirik. Səbirli olsanız, karmanı dəyişdirə və daha humanist ola bilərsiniz. Odur ki, söhbət əsnasında həmsöhbətinizi həqiqətən dinləməyə çalışın və yalnız sözünüzü deyə biləcəyiniz anı gözləməyin.

Və gözləməyin ki, həyat sizə gümüşü sinidə uğur və xoşbəxtlik bəxş edəcək. Çalışqanlıq və həyat hadisələrinə sakit münasibət karmanı təmizləmək üçün vacib açardır.

4. Səhvlərinizdən nəticə çıxardın

Hətta ən pis hadisədən belə, daha təcrübəli olmağa imkan verən dəyərli dərsləri öyrənə bilirik. Yaşadığımız təcrübələrin hamısı müsbət deyil, ancaq bilməlisiniz ki, həyatdan istədiyimizi deyil, həqiqətən ehtiyacımızı olan əldə edirik.

Növbəti dəfə çətin vəziyyətdə olduğunuz zaman bunu xatırlamağa çalışın. Yaşadığınız vəziyyətlərdən asılı olmayaraq, minnətdarlıq hissi pis karmanı dəyişdirməyə qadirdir.

5. Pozitiv düşünün

İnsanın düşüncələri həyatı boyu qurduğu hər şeyin təməlidir. Pozitiv əhval-ruhiyyə qurmaqla sonda xoşbəxtlik və azadlıq hissi qazanacaqsınız.

Karma qanunda deyirlər ki, oxşar şeylər bir-birini cəlb edir. Odur ki, müsbət düşünün və mənfi vibrasiyaları əngəlləyin. Bundan sonra daha məhsuldar və məmnun olduğunuz bir həyat yaşayacaqsınız!//publika



REKLAM