Türkiyədə daha 45 nəfər koronavirusdan öldü
Türkiyədə son sutka ərzində koronavirusdan 45 nəfər ölüb.
Sehiyye.info xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda 107 927 şübhəli koronavirus testindən keçib, onlardan 1596-nın cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1017 nəfər olub, 947 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 273 301 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 246 876 nəfər sağalıb, 6462 nəfər ölüb.