Respublikada İndiyədək koronavirusdan 250 nəfər sağalıb, 11 nəfər ölüb
Hazırkı dövrədək Azərbaycanda 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Sehiyye.info xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66 677 test aparılıb.