142 nəfər COVID-19-a yoluxdu, 3 nəfər öldü – 97 NƏFƏR SAĞALDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 35986 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 33461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, aktiv xəstə sayı 1998 nəfərdir.
Ölkədə son sutka ərzində 6014, hazırkı dövrədək isə 904506 test aparılıb.