sehiyye.info

Türkiyədə pandemiya qurbanlarının sayı 4 000 nəfəri ötdü - STATİSTİKA

Türkiyədə pandemiya qurbanlarının sayı 4 000 nəfəri ötdü - STATİSTİKA
Türkiyədə ötən sutka koronavirusdan daha 55 nəfər ölüb.

Sehiyye.info xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 007-yə çatıb.

Bundan başqa, son 24 saatda ölkədə 1 635 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 144 749 nəfərə çatıb.

Habelə bir gündə koronavirusa yoluxmuş 2 315 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 104 030 nəfərə çatıb. “Report”



REKLAM