Türkiyədə koronavirusla bağlı son statistik göstəricilər açıqlandı
Türkiyədə ötən sutka koronavirusdan daha 41 nəfər ölüb.
Sehiyye.info xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 096-ya çatıb.
Bundan başqa, son 24 saatda ölkədə 1 610 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 148 067 nəfərə çatıb.
Habelə bir gündə koronavirusa yoluxmuş 2 004 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 108 137 nəfərə çatıb.“Report”