Bir daha nevroz haqqında.
“Nevroz çox geniş yayılan xəstəlikdir və müalicəsi çətin bir prosesdir.
Son zamanlar pandemiyanın,karantinin insanlara təsiri bu xəstəliyin bir az da artmasına səbəb olub.
Sehiyye.info xəbər verir ki,bu barədə həkim nevroloq Zərifə Əhmədova öz fikirlərini çatdırır.
Həkimə müraciət edən pasientlərin əksəriyyətində nevrozun müxtəlif formaları qeydə alınır. Həyəcan nevrozları dövrümüzü bəlasıdır, son illər qadınlarla müqayisədə kişilər arasında daha çox yayılıb".
Nevrozların bir qisminin genetik olduğunu deyən mütəxəssis bu sırada “sayrışan hallar nevrozu”nu - obssesiv-kompulsiv pozuntuları qeyd edib. Onun sözlərinə görə, nevrozun digər formaları stresslər, psixoloji gərginlik faktorları nəticəsində yaranır.
Mütəxəssis vurğulayır ki, bölgələrdə, kəndlərdə yaşayan əhali ilə müqayisədə paytaxtda yaşayan əhali arasında nevrozlara daha çox rast gəlinir.
Nevrozun əsasının uşaq yaşlarında qoyulması haqda deyilənlərə toxunan mütəxəssislər qeyd edir ki, burada valideynlərin rolu çox böyükdür: “Uşağın düzgün tərbiyə olunmaması onda düzgün olmayan xarakterin formalaşmasına və dolayısı ilə gələcəkdə cəmiyyətdə yer tutmasına əngəl yaradır. Bütün bunlar nevrozun ortaya çıxmasına səbəb ola bilər. Nevrozların böyük qismi sosial, psixoloji travmalar nəticəsində yaranır”.
Nevrozlar funksional xəstəlikdir, bu kimi hallarda beyində hər hansı struktur dəyişikliyi müşahidə olunmur: “Düzdür, nevrozun fonunda ağrılar, məsələn, baş ağrıları yaranır. Bu, ən çox rast gəlinən baş ağrı növüdür. Amma araşdıranda hər hansı pozuntu aşkarlanmır, səbəb sırf psixoloji, sosial faktorla bağlı olur.
Bəzən nevrozu olan xəstə həkimə, mədə, qarın, kürək ağrıları ilə müraciət edir. Amma müayinə zamanı hər hansı pozğunluq qeydə alınmır. 20 ildir kürək ağrılarından əziyyət çəkən, müayinə nəticəsində heç bir problem aşkarlanmayan insanlar da var. Belə xəstələrə nevroz əleyhinə müqayisə aparılanda şikayətləri səngiyir.
Həyəcan nevrozları zamanı ən çox rast gəlinən hallardan biri təzyiqin yüksəlməsidir. Yəni nevroz təzyiqin ən yüksək həddə qədər artmasına səbəb ola bilir. İnsanlar bəzən təngnəfəslik, ürək döyüntüsü şikayətləri ilə kardioloqa müraciət edirlər. Amma illər sonra məlum olur ki, əslində onlarda kardioloji olaraq hər hansı problem yoxdur, sadəcə, nevrozdan əziyyət çəkirmişlər. Ümumiyyətlə, kardioloji müayinəyə gedən insanların 15-20 faizində problem psixoloji səbəbli olur”.
Problem ondadır ki,, insanlar xəstəliyin pik həddində olduğu dövrlərdə həkimə müraciət edirlər.
Vaxtında müalicə olunmayan xəstələrdə bu xəstəliklə yanaşı panik atak deyilən bir psixoloji durum da meydana gəlir.İnsanların çox olduğu yerdə,liftdə,İctimai nəqliyyatda,marketdə və s.yerlərdə qəflətən adam özündən gedir.Ayıldıqda isə nə baş verdiyini anlamır.
Statistikaya görə, nevrozun kişilər və qadınlar arasında yayılma faizi bərabər göstərilsə də, son illər həyəcan nevrozları kişilər arasında qadınlarla müqayisədə daha çox yayılıb: “Ümumiyyətlə, əhali arasında nevrozun yayılma faizi 2, 5 faizdir, bu isə kimik göstərici sayılmır”.
Əsəb sistemində müxtəlif gərginlik hiss edən adam mütləq həkimə müraciət etməlidir.Vaxtında müalicə olunan xəstələr uzun müddət bu xəstəlikdən uzaq olur.