sehiyye.info

Boyun Ostexondrozu varsa...

Boyun Ostexondrozu varsa...
Son vaxtlar nevroloji xəstəliklərin yayılması nəticəsində insanlarda müəyyən narahatlıq yaranıb.
Nevroz,boyun osteoxondrozu,miqren,epilepsiya,sinir ağrıları və s.daha çox rast gəlinən xəstəliklərdir.
Sehiyye.info Med Era Hospitalın həkim nevropatoloqu Zərifə (Əhmədova) Cəlilovanın boyun osteoxondrozu haqqında fikirlərini oxuculara çatdırır:
Boyun osteoxondrozu-Qığırdaq toxuması yeyildikcə fəqərələr bir-birinə yaxınlaşır və iki fəqərə arasında olan sinir sıxılır.Ağrılar sinirin sıxılması nəticəsində yaranır və xeyli sahəni əhatə edir.Boyun osteoxondrozu başda,çiyinlərdə ağrılar yaradır.
Boyun Ostexondrozu varsa...
Səbəblər isə müxtəlifdir:
Yaşlanma, günlük həyatın gərilimləri, boyun hərəkətləri və pozisiyaları, makro və mikro travmalar və psixoloji gərginliklər diskin quruluşunu və qidalanmasını pozmağa və sonunda dəyişik dərəcələrdə diski degenerasiya etməyə yönəlik faktorlardır. Uşaqlıq çağında keçirilən infeksiyalar və immun sistemindeki çatışmamazlıqlar da disk degenerasiyası (kirəclənməsi) yaradan faktorlar ola bilər.
Boyun osteoxondrozunun ilk əlamətləri:
kürəkdə ağrı,
baş ağrısı,
baş gicəllənmə,
gözlərdə qarışqa hissiyatı,
yeriş zamanı müvazinətin pozulması və s.

Bu kimi hallar müşahidə etdiyiniz zaman həkimə müraciət etməyiniz mütləqdir.
Med Era Hospital
Dr.Zərifə Əhmədova
Tel:050 393 33 50



REKLAM