sehiyye.info

Nevrozun səbəbləri,bu ciddi xəstəlikdir.

Nevrozun səbəbləri,bu ciddi xəstəlikdir.
Nevroz sinir sisteminin geri dönən funksional pozulmadır. Nevroz təhlükəli xəstəlik olmasa da insanın həyat keyfiyyətini xeyli azaldır.

Bütün dünyada nevroz ən yayılmış nevroloji pozulmadır. Tibbi stasistika göstərir ki, ildən ilə bütün dünyada nevroz halları artmaqdadır. Alimlər bunun əsas səbəbini müasir insanın olduqca sürətli, stresli həyat tərzi ilə izah edir. Böyük şəhərlərdə yaşayan insanlarda kənd yerlərində yaşayan insanlarla müqayisədə nevroza dəfələrlə tez-tez rast gəlinir.

Qadınlar nevrozlara daha çox meyilli olurlar ki, bu da onların kişilərə müqayisədə daha emosional və həssas olmalarından irəli gəlir.

Nevrozun əsas əlamətləri aşağıdakılardır:
- həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq

- tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi

- yuxusuzluq, çətinliklə yuxuya getmək və ya səhər oyandıqdan sonra zəiflik və yorğunluq hissi

- güclü işıqlanma və yüksək səsə ağrılı reaksiyanın verilməsi

- müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur)

- beyindən çıxmayan, yorucu, təkrarlanan fikirlər (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxmaq və s.)

- orqanizmin digər orqan və sistemlərində baş verən pozulmalar: iştahanın pis və ya əksinə həddindən artıq güclü olması, ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissi, cinsi meylin azalması, cinsi zəiflik və s.

- bədənin müxtəlif yerlərində ağrılar (boyun nahiyəsində, çiyinlərdə, beldə, mədədə, ürəkdə, baş ağrıları və s.).

Gördüyünüz kimi, pozulmanın simptomları olduqca müxtəlifdir və bu da nevrozun diaqnostikasında problemlər yaradır. Tez-tez elə olur ki, nevrozdan əziyyət çəkən xəstə müxtəlif həkimləri "gəzir" (kardioloq, endokrinoloq, qastroenteroloq və s.), lazım olmayan müayinələr və analizlərdən keçir və yalnız sonda heç bir xəstəlik aşkar olunmadıqda nevropatoloqun qəbuluna düşür. Bu isə, təbii ki, vaxt və vəsaitin itkisinə səbəb olur.

Nevroz müalicə olunan pozulmadır. Sadəcə insan vaxtında lazım olan mütəxəssisə müraciət etməlidir.



REKLAM