Boyun osteoxondrozu olanlar nevropatoloqa müraciət etsinlər.
Son vaxtlar nevroloji xəstəliklərin yayılması nəticəsində insanlarda müəyyən narahatlıq yaranıb.
Sehiyye.infonun araşdırması nəticəsində məlum olub ki,son günlər nevropatoloqlara ən çox,nevroz,panik atak,boyun ağrıları,baş ağrıları ilə bağlı müraciətlər olur. Məsələnin aktuallığını nəzərə alaraq mövzunu yeniləmək qərarına gəldik.
Nevroz,boyun osteoxondrozu,miqren,epilepsiya,sinir ağrıları və s.daha çox rast gəlinən xəstəliklərdir.
Sehiyye.info Med Era Hospitalın həkim nevropatoloqu Zərifə (Əhmədova) Cəlilovanın boyun osteoxondrozu haqqında fikirlərini oxuculara çatdırır:
Boyun osteoxondrozu-Qığırdaq toxuması yeyildikcə fəqərələr bir-birinə yaxınlaşır və iki fəqərə arasında olan sinir sıxılır.Ağrılar sinirin sıxılması nəticəsində yaranır və xeyli sahəni əhatə edir.Boyun osteoxondrozu başda,çiyinlərdə ağrılar yaradır.
Boyun Ostexondrozu varsa...
Səbəblər isə müxtəlifdir:
Yaşlanma, günlük həyatın gərilimləri, boyun hərəkətləri və pozisiyaları, makro və mikro travmalar və psixoloji gərginliklər diskin quruluşunu və qidalanmasını pozmağa və sonunda dəyişik dərəcələrdə diski degenerasiya etməyə yönəlik faktorlardır. Uşaqlıq çağında keçirilən infeksiyalar və immun sistemindeki çatışmamazlıqlar da disk degenerasiyası (kirəclənməsi) yaradan faktorlar ola bilər.
Boyun osteoxondrozunun ilk əlamətləri:
kürəkdə ağrı,
baş ağrısı,
baş gicəllənmə,
gözlərdə qarışqa hissiyatı,
yeriş zamanı müvazinətin pozulması və s.
Osteoxondrozun kəskin dövrlərində (əsasən döş və bel osteoxondrozu zamanı) xəstəyə yataq rejimi təyin edilir. Xəstə düz dərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən (boyun korseti, bel korseti və s.) istifadə olunur. Ağrıların və iltihabın azaldılması üçün xüsusi preparatlar (diklofenak, ibuprofen, indometasin və s.) təyin olunur. Həmçinin spazmolitik preparatlar, B qrupu vitaminləri, nikotin turşusu, qığırdağın qidalanmasını yaxşılaşdıran preparatlar və s. təyin olunur.
Bu kimi hallar müşahidə etdiyiniz zaman həkimə müraciət etməyiniz mütləqdir.
Med Era Hospital
Dr.Zərifə Əhmədova
Tel:050 393 33 50