Xaricə səfər, yoxsa sağlamlıq?

Yay fəslinin bitməsinə sayılı günlər qalıb. Bütün dünyanı sarsıdan koronavirus pandemiyası insanların istirahət planlarını da alt-üst etdi. Sərt karantin qaydalarına əməl edərək xəstəliyə yoluxmamaq üçün istirahətdən imtina edənlərin gələcək planları ilə maraqlandıq.
Sehiyye.info xəbər verir ki,“Report” bununla bağlı paytaxt ərazisində sorğu keçirib.
Tur Agentliyin əməkdaşları qeyd etdilər ki,pandemiya minlərlə insanın yay planlarını pozub.Minlərlə alınmış biletlər geri qaytarılıb.Lakin buna baxmayaraq,Türkiyə reysləri açıldığından Antalya və İstanbula gedənlər çoxdur.
Sorğuda iştirak edənlərin isə fikirləri müxtəlifdir.Bəziləri pandemiyada xaricə getməyin təhlükəli olduğunu,bu dövrü evdə keçirməyi düşünür.Bəziləri isə stress atmaq,vəziyyətdən çıxmaq üçün xaricə getmək lazım olduğunu qeyd edir.
Bütün bunlara baxmayaraq əlavə qeyd etmək lazımdır ki,testdən keçmək sənəd almaq və müxtəlif problemlər olduğundan səfərə getmək azlıq təşkil edir.