sehiyye.info

Koronavirusa yoluxan ən kiçik körpə 6 aylıqdır.

Koronavirusa yoluxan ən kiçik körpə 6 aylıqdır.
Pandemiya dövründə hamını maraqlandıran suallardan biri də,uşaqların koronavirusa yoluxması və bunu orqanizmin necə reaksiya verməsidir.
Bəziləri elə düşünür ki,koronavirus uşaqlardan yan keçir və ya uşaqlar bu virusa yoluxarsa orqanizm adi qrip kimi qəbul edir.
Sehiyye.info bütün bu məsələlərə aydınlıq gətirmək üçün International Medical Centerin həkim pediatrı Rasimə İsayevanın fikirlərini sizə çatdırır:

Uşaqları viruslardan qorumaq üçün immunitetin gücləndirilməsi barədə suallara cavab olaraq ilk olaraq immun sisitemini gücləndirən əsas amil ana südü, peyvəndlərin zamanında edilməsidir. Onun sözlərinə görə, bu iki əsas amildən başqa uşağın daim Günəş şüaları qəbul etməsi, D vitamini sintezi, C vitamini ilə zəngin olan qidaları qəbul etməsi də önəmlidir.
Koronavirusa yoluxan ən kiçik körpə 6 aylıqdır.
Ölkədə keçirilən immunlaşdırmanın haqda pandemiya dövründə də peyvənd prosesinin vacibliyini vurğulayıb, peyvəndlərdən yayınmamağı tövsiyə edib: "Məsələn, göyöskürək, pnevmokok infeksiyaları, qızılca həyati təhlükəli infeksiyalardır. Karantin şərtlərinə, gigieyna qaydalarına əməl edərək peyvəndlərə getmək lazımdır. Peyvəndləri saxlamaq olmaz. Amma ailələr mümkün qədər qaydalala əməl edərək tibb müəssisələrinə müraciət etməlidirlər"...
Uşaqda qızdırma,öskürək,halsızlıq müşühidə edən kimi,dərhal həkimə müraciət etmək lazımdır.
Uşaqlar koronavirusa yoluxubsa,asymptomatikdirsə,yəni xəstəliyin simptomları üzə çıxmırsa belə,bu böyüklər üçün təhlükəlidir.
"Uşaqlar koronavirusa tutulmur” deyə bir fikir yoxdur,mənə son bir ayda 6-7 uşağın müalicəsi üçün müraciət olunub.Onlardan ən kiçiyi 6 aylıq körpədir.Təbii ki,belə xəstələri ev şəraitində müalicə edirik.Amma bu ana,ata və ətrafdakılar üçün təhlükəlidir.Əksər hallarda ailə hamısı yoluxur.

"Böyük insanlara nisbətən uşaqlarda koronavirusa yoluxma halları zamanı ağırlaşmalar və ölüm faktları qeydə alınmır. Bu da onların immun sisteminin güclü olmasından irəli gəlir. Təbii ki, söhbət hər hansı xəstəliyi olmayan, sağlam uşaqlardan gedir. Lakin nəzərə almaq lazımdır ki, koronavirus uşaqlarda heç bir simptom göstərmir. Bu baxımdan uşaqlar koronavirus daşıyıcısı kimi böyüklərə, xüsusən də immun sistemi zəif olan yaşlı insanlara ciddi təhlükə mənbəyidir”.
Rasimə İsayeva onu da qeyd etdi ki,uşaqları qorumaq üçün,havaya uyğun geyindirmək,isti havada həddən artıq qalın geyindirmək olmaz.Qida məsələsi də,çox önəmlidir.Təmiz və keyfiyyətli qidalardan istifadə etmək,çox uşaq olan yerlərə buraxmamaq.



REKLAM