sehiyye.info

Sabiq azərbaycanlı nazir əməliyyat üçün xaricə aparılır

Sabiq azərbaycanlı nazir əməliyyat üçün xaricə aparılır
Dünən axşam saatlarında sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyəti anidən pisləşib.

Sehiyye.info Qafqazinfo-ya istinadən xəbər verir ki, İ.Həmidov şiddətli ürək ağrıları və tutma ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin onu əməliyyat etmək təklifinə ailə üzvləri razılıq verməyiblər.

İ.Həmidov yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xarici ölkəyə aparılmasına qərar verilib.



REKLAM