sehiyye.info

“Qlobal Peyvənd Sammiti”ndə 35 ölkənin rəsmisi iştirak edəcək

“Qlobal Peyvənd Sammiti”ndə 35 ölkənin rəsmisi iştirak edəcək
İyunun 4-də Böyük Britaniya hökumətinin təşkilatçılığı ilə COVID-19 virusuna qarşı peyvəndin tapılmasına həsr olunacaq videoformatda keçiriləcək üçüncu “Qlobal Peyvənd Sammiti”ndə 35 ölkənin dövlət və hökumət başçısı iştirak edəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, sammitdə yeni növ koronavirusa qarşı peyvəndin universal olmasını təmin etmək üçün lazım olan resursların səfərbər edilməsi müzakirə olunacaq.

Sammitdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus, Böyük Britaniyanın baş naziri Boris Conson, Banqladeşin baş naziri Şeyx Hasin, Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kabore, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım Sahle-Uork Zevde və “Microsoft” şirkətinin banisi Bill Qeyts də iştirak edəcək.

Rusiya prezidenti Vladimir Putinin sammitdə iştirakı gözlənilmir.

Rusiyanı konfransda Səhiyyə naziri Mixayil Muraşko təmsil edəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da faktı təsdiq edib.



REKLAM